
Vakansiya! HR menecer vəzifəsi üzrə işçi elanı
Vəzifə: HR menecer
İşəgötürən: Santral Elektrik
Maaş: 400 - 600 AZN
Yaş: 25 - 40
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Gülnar Quliyeva
Telefon (012) 514 40 48
Faks 012 514 40 46
E-mail [email protected]
İş barədə məlumat
HR menecer vəzifəsinin əmək funksiyaları:
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirmək
- Əmək kitabçalarını əmrlər əsasında doldurulmaq
- Kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək, eləcə də işçilərin mükafatlandırılması üçün materiallar hazırlanmaq
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq
- Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq
- Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək
- Kadr axınının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək
- İxtisas və attestasiya komissiyalarına lazım olan materialı hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
Kadrlar şöbəsinin müdiri öz işində aşağıdakı normativ sənədləri rəhbər tutur:
- Rəhbərliyin əmr və göstərişləri
- Əmək funksiyalarına və vəzifə borclarına aid olan Azərbaycan Respublikasının qanunvericiliyi
Namizədə tələblər
Bilməlidir:
- Azərbaycan Respublikasının Əmək qanunvericiliyini
- Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları
- Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini
- İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi
- Kadrların ixtisas və peşəkarlığının artırılması işini
- Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini
- Kadrların hərəkətlərinin uçot metodlarını
- Əmək proseslərinin təşkili, sosial psixologiya və sosiologiyanın əsaslarını
- Əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını
- Əməyin mühafizəsi normalarını və daxili nizam qaydalarını
- Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını
- İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını
0 Komment
Şərh yazın