
Vakansiya! Biznesin inkişafı şöbəsinin baş mütəxəssisi üzrə işçi elanı
Şirkətin Adı: Qafqaz Lizinq
Vakansiya: Biznesin inkişafı şöbəsinin baş mütəxəssisi
Yüklenib/ Son tarix: 18 sentyabr / 18 oktyabr
İş yeri: Bakı
Contact Email: [email protected]
Hal-hazırda “Qafqaz Lizinq” ASC Biznesin inkişafı şöbəsinin baş mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əsas vəzifələr - Təşkilatın bazar mövqeyinin təhlil edilməsi, məhsulların yaradılması və inkişaf etdirilməsi, məhsullarının satışı üzrə partnyorların cəlb edilməsi və onlarla işlərin qurulması, ictimaiyyət və müştərilərlə əlaqələr və reklam işinin təşkil edilməsi və həyata keçirilməsindən ibarətdir.
Vəzifə öhdəlikləri:
- Yeni partnyor və investorların cəlb olunması;
- Müvafiq marketinq araşdırmalarının planlaşdırılması və icrası;
- Yeni məhsulların yaradılması ilə bağlı təkliflərin verilməsi;
- Marketinq layihələrinin təhlili və müvafiq hesabatların hazırlanması;
- CRM sisteminin yaradılması və inkişaf etdirilməsi;
- Şirkətin internet səhifəsini yeniləmək və təkmilləşdirmək. Sosial şəbəkələrdən aktiv istifadə etmək;
- Təşkilatın Mediadakı mövqeyi və onun inkişafı üçün tədbirlər görülməsi;
- Bilbordlar, plakatlar, broşuralar, eyni zamanda televiziya və radio reklamaları daxil olmaqla, reklam və marketinq materiallarının dizaynı, hazırlanması və yerləşdirilməsini təmin etmək;
- Korporativ tədbirlərin təşkili və sərgilərdə iştirak etmək:
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil (idarəetmə, maliyyə, marketinq, biznes və s. iqtisadi sahələr üzrə);
- Müvafiq sahədə iki il iş təcrübəsi;
- İngilis və Azərbaycan dillərində sərbəst danışmaq bacarığı. Rus dilini bilənlərə üstünlük veriləcək;
- Mükəmməl ünsiyyət, analiz etmək və təşkilati bacarıqlar;
- Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
- Statistik proqramlar da daxil olmaqla, marketinq məlumatlarının toplanması və analizi üçün sistem və mexanizmlərə dair bilgisi olanlara üstünlük verilir
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (iş elanı - 008/12) qeyd etməklə göndərmələri xahiş olunur.
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B. Faks: (99412) 563 23 27
Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın