Vakansiya! Texnikabankdan 2500 manatlıq iş təklifi

Vakansiya! Texnikabankdan 2500 manatlıq iş təklifi

 

İşəgötürən: "Texnikabank" ASC
Maaş: 2000 - 2500 AZN
Yaş: 27 - 40
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs: Dilarə Məmmədova
Telefon: (012) 447 77 44
Faks: (012) 447 44 22
 
İş barədə məlumat
- Risklərin idarəedilməsi departamentinin şöbələrinin səmərəli idarə olunmasında iştirak etmək, o cümlədən, planlaşdırma, təşkiletmə, motivasiya və nəzarət funksiyalarını həyata keçirmək 
- Departamentin işçiləri arasında vəzifə bölgüsünü aparmaq, təsdiq olunmuş Vəzifə təlimatlarına uyğun olaraq, əməkdaşlar tərəfindən əsas öhdəlik və səlahiyyətlərin dolğun həyata keçirilməsini təmin etmək 
- İdarə Heyətinin aidiyyəti qərarlarının, İdarə Heyəti sədrinin əmr və sərəncamlarının icrasını təmin etmək 
- Departamentin direktor müavini və şöbə müdirlərinin əməyinin qiymətləndirilməsini aparmaq, digər əməkdaşlarının əməyin qiymətləndirilməsi nəticələrini təsdiq etmək və bu barədə İRD-ə forma üzrə hesabat təqdim etmək 
- Risklərin idarəedilməsi departamentinin şöbələrinin əməkdaşlarının daxili intizam qaydalarına riayət etməsini təmin etmək 
- Səlahiyyətləri daxilində Departamentin fəaliyyətinə aid məktublara, ərizə və şikayətlərə baxmaq, nəticələrini departament direktoruna məruzə etmək, səlahiyyətləri çərçivəsində daxil olan müraciətləri həll etmək 
- Bankda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalara filiallar tərəfindən riayət edilməsinə nəzarət etmək 
- Departamentin illik büdcəsinin layihəsini hazırlamaq 
- Bankın kredit portfelinin diversifikasiyasına nəzarət etmək 
- Kredit siyasətinin hazırlanmasında iştirak və onun yerinə yetirilməsinə nəzarət etmək 
- İri kreditlər üzrə müəyyən edilmiş əmsallara riayyət olunmasına nəzarət etmək 
- Bankın kredit portfelinin keyfiyyətinin qənaətbəxş olması sahəsində zəruri tədbirləri həyata keçirmək 
- Bankın kredit portfelinin təsnifatının düzgünlüyünə nəzarət etmək 
- Kredit biznesini təhlil etmək, kredit limitlərinə və kredit risklərinin idarə edilməsi qaydalarına riayət olunmasına nəzarət etmək 
- Zəruri hesabatların bankın rəhbərliyinə təqdim edilməsini təmin etmək 
- Departamentin işinin istiqamətləndirilməsində iştirak etmək 
- Səlahiyyətlər daxilində göstərişlər vermək 
- Bank sirrini qorumaq
 
Namizədə tələblər
- Təhsili: ali iqtisadi təhsil (ikipilləli ali təhsil sistemində – magistr dərəcəsi) 
- Ümumi iş stajı: azı 3 il 
- Bank sahəsində iş stajı: azı 2 il 
- Azərbaycan dilini mükkəmməl bilmək, ingilis və rus dillərində oxu, yazı və danışıq bacarıqlarına malik olmaq 
- Kompüter bacarıqları: Microsoft Office və Excel, xüsusi bank proqramları 
- «Banklar haqqında» Azərbaycan Respublikasının Qanunu; «Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları»; «Ödənilməmiş borclar müqabilində banklar tərəfindən əmlakın balansa götürülməsi və qiymətləndirilməsi Qaydaları»; «Azərbaycan Respublikası Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydaları», habelə kreditləşdirilməsi fəaliyyətinə aid müvafiq normativ və hüquqi aktları bilməli 
- Azərbaycan Respublikasının Mülki Məcəlləsini bilməli 
- Digər aidiyyəti normativ hüquqi aktlar bilməli 
- Bankın kredit siyasətini bilmək 
- Bankın kredit prosedurlarını bilmək
 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər