Dövlət Neft Şirkətindən işə qəbulla bağlı ŞAD XƏBƏR!

Dövlət Neft Şirkətindən işə qəbulla bağlı ŞAD XƏBƏR!

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iri layihələrinin reallaşdırılması üzrə planlar iş yerlərinin sayının və gənc mütəxəssislərə tələbatın artmasına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev Dövlət Şirkətinin təşkil etdiyi yay məktəbinin iştirakçıları ilə görüşündə deyib.

Abdullayevin sözlərinə görə, ARDNŞ Azərbaycanda neft-qaz və neft-kimya məhsullarının emalı üzrə yeni kompleks, oxşarı Gürcüstanda inşa ediləcək Sumqayıtda karbamid istehsalı zavodunun yaradılması kimi yeni layihələrin həyata keçirilməsini planlaşdırır ki, bu da xeyli sayda iş yerlərinin açılması deməkdir.
O qeyd edib ki, Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağının ikinci fazasının işlənməsinin reallaşdırılmasına çıxış ərəfəsindədir. Bu, 28 milyard dollar həcmində investisiyanı və təqribən 20 min iş yerinin açılmasını nəzərdə tutur.
Onun sözlərinə görə, xaricdə, o cümlədən Türkiyə, Gürcüstan və Avropada layihələrin reallaşdırılması əlavə iş yerlərinin açılması və mütəxəssislərə ehtiyacın olması deməkdir.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər