
Vakansiya! Maliyyə menecerinə 700-800 AZN əmək haqqı təklif olunur
Maaş: 700 - 800 AZN
İşəgötürən: AMASS GROUP
Vakansiya: Maliyyə meneceri
Şəhər: Bakı
Yaş: 30 - 55
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs: Təranə x.
Telefon: (012) 424 38 92, 93
E-mail: [email protected]
Elanın tarixi: Avqust 31, 2012
Bitmə tarixi: Sentyabr 30, 2012
İş barədə məlumat
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (alış və satışların, xarici ticarət əməliyyatlarının, əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsini təşkil və nəzarət etmək
- Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçiriməsini təşkil və nəzarət edir
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir
Namizədə tələblər
- Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını bilməli
- Uçot və hesabatı, aylıq balans hazırlanmasını bilməli
- Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını bilməli
- Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, Logo)
- Maliyyə sahəsi üzrə analitik biliklər
Mənbə: boss.az
0 Komment
Şərh yazın