
Vakansiya! Bankda daxili auditor işləmək şansı
Ali iqtisadi və ya hüquqi təhsili olan şəxsə 1500 manat əmək haqqı
İşəgötürən: Texnikabank ASC
Vakansiya: Auditor
Yüklenib/ Son tarix: 28 avqust / 28 sentyabr
İş yeri: Bakı
Maaş: 1000 - 1500 AZN
Yaş: 22 - 40
Təhsil: Ali İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs: Məmmədova Dilarə
Telefon: (012) 447 77 44
E-mail: [email protected]
İş barədə məlumat
- Struktur bölmələrinin hərtərəfli auditinin aparılması (Bakı şəhərində və regionlarda)
- Aparılmış yoxlamaların rəsmiləşdirilməsi
- Bankın maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi
- Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun qiymətləndirilməsi
- Risklərin qiymətləndirilməsi metodologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi
- Aktivlərin qorunması sistemlərinin yoxlanılması və qiymətləndirilməsi
- Fəaliyyət səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi
- Bankdaxili qayda və prosedurların qanunvericiliyə riayət olunmasının yoxlanılması və qiymətləndirilməsi
- Bankın icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi
- Bankda korporativ idarəetmə prosesini qiymətləndirmək və təkmilləşdirilməsinə dair tövsiyələr vermək
Namizədə tələblər
- Ali iqtisadi və ya hüquq təhsili
- Bank işində minimum 2 illik təcrübə
- Bank qanunvericiliyi sahəsində biliklərə malik olmaq
- Yaxşı riyazi təhlil etmə bacarığı
- Azərbaycan dilini mükəmməl bilmək
- Rus və ingilis dillərini bilmək əlavə üstünlük sayıla bilər
- Kompüterdə işləmək bacarığı, o cümlədən, Windows və Office (Word, Excel) proqramlarını bilmək
İş üçün lazım olan digər xüsusiyyətlər:
- Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) barədə biliklər malik olmaq
- Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər
- Risklərin idarə olunmasına dair biliklərə malik olmaq
- Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olmaq
- Rayonlara səfərlər etmək imkanın olması
- Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti
- Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı
- Hesabat hazırlanması və yazılması bacarığı
- Məsuliyyətlilik
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın