Vakansiya! FİNCA Gəncəbasar regionunda yaşayanlar üçün gözəl iş təklifi edir

Vakansiya! FİNCA Gəncəbasar regionunda yaşayanlar üçün gözəl iş təklifi edir

Ali və ya orta texniki təhsilli məzunlar müraciət edə bilərlər. İş təcrübəsi tələb olunmur

Şirkətin Adı:     FINCA Azerbaijan
Vakansiya:     Gənc Kredit İşçilərinin İnkişafı
Yüklenib/ Son tarix:     22 avgust / 03 sentyabr
İş yeri:     Tovuz
Contact Email:     [email protected]

FINCA Azerbaijan TOVUZ şəhərində yerləşən filialına “Gənc Kredit İşçilərinin İnkişafı” layihəsində iştirak etmək məqsədilə kredit işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər tələb olunur. Həmin namizədlər təşkilatda Kredit İşçisi vəzifəsində çalışmaq üçün hazırlanacaqlar. “FINCA-Azerbaijan” Azərbaycanda 120.000-dən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

TƏLƏBLƏR:

  •     Ali və ya orta texniki təhsilli məzunlar;
  •     Elementar riyazi hesablama aparmaq;
  •     Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  •     İş təcrübəsi tələb olunmur;

FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 03 Sentyabr 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected]  elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№355/12) qeyd etməklə göndərə bilərsiniz.

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Tovuz Şəhər Həzi Aslanov k. (Turan Şadlıq sarayının yanı) Telefon: (02231) 5 45 66, (055) 455 25 82;
Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi, Toğrul ticarət mərkəzi, Telefon: (02231) 5 90 69

 FINCA Azerbaijan haqqında ətraflı məlumat  www.fincaazerbaijan.com  web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər