
Vakansiya! Finca təşkilatı kredit riskləri üzrə işçi elanı verib
Tələsin! Ərizələrin (CV) son qəbul tarixi 01 Sentyabr 2012-ci ildir
Şirkətin Adi: FINCA Azerbaijan
Job Title: KREDIT RISKLƏRI ÜZRƏ IŞÇI
Yüklenib/ Son tarix: 15 avgust / 01 sentyabr
İş yeri: Baku
Contact Email: [email protected]
FINCA International Afrika, Avrasiya və Latın Amerikası üzrə 21 ölkədə minlərlə müştəriyə maliyyə xidmətləri göstərən, dünyanın ən qabaqcıl mikromaliyyə təşkilatlarından biridir.
Hal-hazırda FINCA Azerbaijan KREDIT RISKLƏRI ÜZRƏ IŞÇI vəzifəsinə işçi axtarır.
Hesabat verir: Birbaşa SME Menecerinə hesabat verəcəkdir.
KREDIT RISKLƏRI ÜZRƏ IŞÇININ VƏZIFƏSINƏ DAXILDIR:
- “FİNCA Azerbaijan” təşkilatının Filiallarından gələn SME üzrə kredit ərizələrini yoxlayır (kredit verilməsi üçün tam zəmanət – kreditin (borcun) ödəmə qabiliyyətinin və maliyyə-iqtisadi təhlilinin müəyyən edilməsi);
- SME üzrə kredit ərizələrini Kredit İşçiləri, Kredit Supervayzerləri və Filial Menecerləri ilə müzakirə etmək və tamamlamaq;
- Kredit Komitəsi üçün SME üzrə kredit ərizələri ilə bağlı rəy hazırlamaq;
- SME üzrə kredit ərizəsi verən müştərilərin biznes fəaliyyətini təftiş etmək;
- Maliyyə-iqtisadi təhlil zamanı kredit heyəti üçün cari və davamlı yardım göstərmək;
- Kredit İşçilərinin peşəkarlıq səviyyəsinin (maliyyə-iqtisadi təhlil) keyfiyyət təhlilini aparmaq və təlim fəaliyyəti istiqamətlərində (maliyyə-iqtisadi təhlil) təkliflər hazırlamaq;
- Kredit Komitəsi tərəfindən qərar qəbul edilməsini yoxlamaq.
TƏLƏB OLUNAN BILIK VƏ QABILIYYƏTLƏR:
- İqtisadiyyat və maliyyə sahəsində ali təhsil (təhsilini başa vurmuş və ya hələ də təhsil alan);
- Kredit İşçisi kimi 1 illik iş təcrübəsi;
- Maliyyə alətlərini gözəl anlamaq qabiliyyəti (balans, gəlir və xərclər hesabatı, pul axını hesabatı və əmsallar);
- Iri həcmli və mürəkkəb SME üzrə müştəri bazası ilə işləmək bacarığı;
- Yüksək səviyyəli analitik və riyazi səriştəyə malik olmaq;
- Azərbaycan və rus dillərini bilmək, ingilisdilini bilənlərə üstünlük veriləcəkdir.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Ərizələrin (CV) son qəbul tarixi 01Sentyabr 2012-ci ildir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı tarixindən [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində KRİ və iş elanının nömrəsini (№346/12) qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın