Vakansiya! Holdinq işəqəbul üzrə mütəxəssis axtarır

Vakansiya! Holdinq işəqəbul üzrə mütəxəssis axtarır

Təşkilatın adı: Azersun Holding
Vəzifə: İşə qəbul mütəxəssisi

Elanın tarixi: 11 iyul 2012

Bitmə tarixi: 31 iyul 2012
Şəhər: Bакı
Əlaqədar şəxs: [email protected]
Vakansiyanın adı: İşə qəbul mütəxəssisi
İnsan Resurslarını özünə peşə olaraq seçmiş və bu istiqamətdə karyera qurmaq arzusunda olan şəxslər Şirkətlər Qrupumuzun İnsan Resursları Departamentində İşə qəbul mütəxəssisi vəzifəsinə işə dəvət olunurlar.

Tələb olunan xüsusiyyətlər:

  •     Menecment, iqtisadiyyat və ya ictimaiyyətlə əlaqələr sahəsində ali təhsil;
  •     Yaş aralığı 25-35;
  •     Kişi namizədlər hərbi xidmətini başa vurmuş olmalı;
  •     Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
  •     Sənədləşmə və yazışma işlərini bacarmalı;
  •     MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  •     Araşdırma qabiliyyəti yüksək olmalı;
  •     Yaradıcı olmalı, mövcud iş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməyi bacarmalı;
  •     Gərgin, stresli iş mühitində işləməyi bacarmalı;
  •     Ünsiyyət və gözəl nitq qabiliyyətinə malik olmalı.

İş barədə məlumat:

  •     Şirkətin işçi ehtiyacının təmini, iş üçün müraciət edən şəxslərin müraciət bazasının yaradılması;
  •     Şirkətə iş üçün müraciət edən şəxslərlə iş müsahibələrinin və lazımi testlərin keçirilməsi.

Bu sahə ilə əlaqədar şəxslərdən mövzu yerinə "İşə qəbul mütəxəssisi" sözünü qeyd edərək CV-lərini  [email protected]   ünvanına göndərməsi xahiş olunur.
Müraciət üçün son tarix: 31.07.2012

Mənbə: azerjobs.com

0 Komment

    Şərh yazın

    Xəbərlər