Vakansiya! Bərdə və Şəki rayonlarında bankda işləmək istəyənlər üçün şans

Vakansiya! Bərdə və Şəki rayonlarında bankda işləmək istəyənlər üçün şans

Company Name: KredAqro BOKT
Job Title: Kredit Mütəxəssisi
Published / Deadline: 03 июля / 03 августа
Contact Email: [email protected]
Contact Phone: (012) 441 21 34
Vəzifə: Kredit mütəxəssis/ Bərdə filial, Kredit mütəxəssis/ Şəki filial

İşçi aşağıdakı bacarıqlara malik olmalıdır:

  •  Riyaziyyat, iqdisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
  •  Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair anlayış;
  • Tez ünsiyyət yaratmaq, başqalarını dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq, onları öz arxasınca aparmağı bacarmaq;
  •  Bazar barədə məlumatlı olmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq;
  •  Maliyyə hesabatlarını tərtib etmək, onları təhlil etməyi bacarmaq, kredit sifarişini düzgün qiymətləndirmək və tövsiyyələr vermək üçün düzgün qərar qəbul etmək;
  •     Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Word və Excel);
  •     Fərdi və komanda şəklində işləmək

Əsas vəzifə və öhdəlikləri:

  • Aidiyyatı coğrafi ərazidə potensial müştərilərin cəlb edilməsi və onlara kreditlərin verilməsi üçün birbaşa marketinq, biznes adamları/vətəndaşlarla görüşlər daxil olmaqla müxtəlif mexanizmlər vasitəsilə onları kreditləşdirməyə cəlb etmək;
  • Rəhbərlik tərəfindən müəyyən olunmuş kredit yerləşdirmə və müştəri sayı ilə bağlı planlarını (aylıq, rüblük, yarımillik və illik) vaxtında yerinə yetirmək;
  • Müştəriləri kredit məhsulları və xidmətləri barədə məlumatlarla düzgün və ətraflı məlumatlandırmaq, Müqavilə şərtləri və öhdəliklərin yerinə yetirilməməsi üçün tətbiq olunan cərimələr haqqında məlumatlar verilməsi də daxil olmaqla siyasət və prosedurlarına uyğun kredit üçün müraciət edənlərlə istiqamətləndirmə görüşləri keçirmək;
  •  Kredit almaq üçün müraciət etmiş şəxslərə lazımi sənədlərin doldurulmasında kömək etmək;
  •  Kredit almaq üçün müraciət etmiş şəxslərin kredit tarixlərini yoxlamaq;
  •  Kredit verilməmişdən əvvəl sifarişçilərin biznesləri/gəlir mənbələri üzərində müvafiq araşdırmalar aparmaq və onların ödəmə qabiliyyətlərini müəyyən etmək.

Mənbə: azerjobs.com

 

0 Komment

    Şərh yazın

    Xəbərlər