
Vakansiya! Bankda təcrübə toplamaq istəyənlər üçün əla şans
Company Name: Bank of Baku
Job Title: Könüllü
Published / Deadline: 02 июля / 05 июля
Duty Station: Баку
Contact Email: [email protected]
GƏNCLƏRİN NƏZƏRİNƏ!!!
İctimaiyyətlə Əlaqələr Departamentinin həyata keçirdiyi “Sorğu” layihəsinə dəstək göstərmək məqsədilə Könüllülərə ehtiyac var. 1 ay müddətində davam edəcək layihənin sonunda könüllülərə nahar və yol xərclərini qarşılayacaq məbləğ ödəniləcəkdir. Hər zaman olduğu kimi kampaniya müddətində siz bizim üçün çalışıb, özünüz üçün öyrənəcəksiniz!
Tələb olunan kriteriyalar:
- Ali təhsil (Marketinq, Reklam işi, Menecment fakültələrinin qiyabi bölməsinin tələbələrinə və ya məzunlarına üstünlük verilir)
- Könüllü kimi təcrübənin olması üstünlük təşkil edir
- 1 ay müddətində tam iş günü şərtilə çalışmaq imkanı olan
- Xoş görünüşlü və gülərüz
- Əla ünsiyyətqurma və təqdimetmə bacarığına sahib olan
- Dəqiq və məsuliyyətli
- Azərbaycan və Rus dillərini əla bilən
Yuxarıdakı tələblərə uyğun namizədlər “Subject” qrafasında “PR Volunteer” yazmaqla öz CV-lərinivə ya www.bankofbaku saytında əldə edilmiş “İşə müraciət formu” nu Azərbaycan dilində doldurub (şəkillə birlikdə) [email protected] ünvanına göndərə bilərlər.CV-lərin qəbulu üçün son tarix 05 Iyul2012-ci ildir.
Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın