Məhkəmə niyə işçinin 47-ci maddənin “f” bənd ilə bağlı iddiasını etibarsız sayıb?

Məhkəmə niyə işçinin 47-ci maddənin “f” bənd ilə bağlı iddiasını etibarsız sayıb?

Satışına  START verilən “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) bəndi ilə bağlanan əmək müqaviləsi ilə bağlı digər bir məhkəmə iddiası üzrə maraqlı nümunəni, praktiki baxımdan əhəmiyyətli olması səbəbindən, təqdim edirik. 

Nümunə:  İşçi  xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi ilə dövlət qurumunun X şöbəsinin rəisi vəsifəsinə qəbul edilib. Sonradan müqavilənin müddəti xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixli əmrlə isə xx.xx.2020-ci il tarixədək uzadılıb. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 05-X nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən xitam verilib.

Məhkməyə müraciət edən işçi iddia qaldırıb ki, müddətli əmək müqaviləsi imzalanarkən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunması əmək qanunvericiliyinin tələblərinə ziddir.

Məhkəmənin mövqeyi belə olub ki, müddətli əmək müqaviləsi bağlanan hallarından biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır (47-ci maddənin f bəndi) və tərəflərin hüquq bərabərliyi əsasında bağlanmış müddətli müqavilənin hazırkı halda müddətsiz müqavilə ilə əvəz edilməsi yolverilməzdir. Çünki ilk dəfə müqavilə bağlayan zaman tərəflər bərabər imkanlara malik olub və işəgötürən tərəfindən müddətli əmək müqaviləsi ilə işə götürülməsinə işçinin etiraz etmək imkanı olsa da, bunu etməyib. Tərəflər arasında əmək münasibətləri fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməyib ki, avtomatik müddətsiz olsun.

Məhkəmənin yanaşmasına görə, işçi ilə ilk dəfə (müddətli) əmək müqaviləsi bağlayarkən onun işəgötürəndən heç bir asılılığı yox idi, habelə o, bundan öncə müddətsiz müqavilə bağlanılmış işçi statusunda da olmayıb. Belə olan halda, işçi ilə əmək müqaviləsinin müddətli bağlanması hüquq bərabərliyi prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki müddətli əmək müqaviləsi rəsmiləşdirilənədək işəgötürənin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı olduğu kimi tərəflərin qarşılıqlı razılığı əssında müqaviləni müəyyən müddətə bağlamaq hüququ da var idi. Ona görə də işçinin iddiasında göstərdiyi hallar tərəflərin hüquq bərabərliyinin pozulması kimi qiymətləndirilə bilməz.

Əmək Məcələsinin “47” maddəsinin “f” bəndi ilə bağlı əmək mübahihəsi yaradan iki fərqli halı təqdim etməkdə məqsədimiz həmkarlarımızı həmin maddənin tətbiqi zamanı ona əsas verən halları ciddi şəkildə araşdırmağa təşviq etməkdir.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 202

0 Komment

    Şərh yazın

    Xəbərlər