İntizam tənbehinin verilməsi zamanı nələr gözlənilməlidir?

İntizam tənbehinin verilməsi zamanı nələr gözlənilməlidir?

Satışı yekunlaşan “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 187-ci, “İntizam tənbehinin verilməsi qaydaları” maddəsinin birinci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

Təbii ki, işçinin əmək və icra intizamını pozması faktı və törətdiyi xəta rəsmiləşdirilməlidir. Misal üçün, işçinin işə gecikməsinin tabel uçotunda qeyd olunması yetərli deyil, ondan bu barədə izahat da alınmalıdır.

Başqa bir misal. Mühasibin hesabatı gec göndərməsini təsdiq edən sənəd kimi, vergi orqanının təqdim etdiyi maliyyə sankiyası haqqında bildirişlərlə yanaşı, işçinin izahatı da olmalıdır.

Bəzən elə hallar olur ki, onun baş verməsi mütləq hansısa sənədlə təsdiq edilməlidir. Məsələn, işçinin iş yerini icazəsiz tərk etməsi, işçinin öz iş yoldaşını təhqir etməsi və ya müştərilərlə münasibətdə işəgötürənin işgüzar nüfuzuna mənfi təsir edən hərəkətlərə yol verməsi belə hallardan hesab edilə bilər. Bu halda artıq işçinin funksional rəhbərliyi, daxili nəzarət orqanı və ya kadrlarla iş departmentinin təqdimatı da intizam tənbehinin verilməsi ilə bağlı araşdırmanın aparılmasına əsas olur.

Mümkündür ki, işçinin birbaşa tabe olduğu bölmənin (şöbənin) rəhbərinin təqdimatında işçinin intizam xətası törətməsi qeyd edilsə də, o, yazılanları inkar etsin.

İşçi inzibatı xətanın baş verməsinə səbəb kimi üzrlü halları və ya ondan asılı olmayan səbəbləri qeyd edə bilər. Misal üçün, işçi bildirə bilər ki, işə gecikməsinə səbəb Bakıda keçirilən beynəlxalq tədbirin nəticəsində yolların bağlanması olub. Yaxşı olar ki, belə hallarda işçi xəta törətdiyinə görə səmimi şəkildə peşman olduğunu da etiraf etsin.

Təcrübədə rast gəlinən hallardan biri də odur ki, icra və ya əmək intizamını pozan işçi yazılı izahat verməkdən imtina edir. Maddədən göründüyü kimi,  işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi, işçinin yazılı izahat verməkdən imtina etməsi, heç də onun bu xətanı törətmədiyi anlamına gəlmir. Bu səbəbdən də işçinin yazılı izahat verməsi məqsədəuyğundur. İşəgötürənin isə işçinin törətdiyi intizam xətasını, eyni zamanda yazılı izahat verməkdən imtina faktını aktlaşdırması daha məqsədəuyğundur.

Qeyd edək ki, təşkilatımızın digər nəşri olan “A-dan Z-yə Kargüzarlıq” kitabında intizam tənbehinin baş verməsinin sənədləşdirilməsi (aktın tərtibi və xidməti yazının yazılması), işçidən izahat alınması, işçinin izahat verməkdən imtinası faktının aktlaşdırılması, işçinin icra və əmək intizamını pozması nəticəsində müəssisəyə dəyən ziyanla bağlı xidməti araşdırmanın aparılması proseduru (komissiyanın yaradılması, komissiyanın işçilərdən izahat alması, komissiyanın yekun rəyi və sair) nümunəvi sənəd formalarının köməyi ilə geniş şəkildə izah olunub.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər