COVİD-19 infeksiyasına yoluxan işçiyə ödəniş necə hesablanır?

COVİD-19 infeksiyasına yoluxan işçiyə ödəniş necə hesablanır?

Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Son 2 ilin aktual məsələlərindən biri də COVİD-19 infeksiyasına yoluxan işçilərin ödənişlərinin hesablanması ilə bağlıdır. Qeyd edək ki, infeksiyaya yoluxan şəxs mütləq müvafiq səhiyyə qurumundan (poliknika, xəstəxana və s.) xəstəlik vərəqəsi almalıdır. Xəstəlik vərəqəsi üzrə müavinətin hesablanması ümumi qaydada həyata keçirilir. İşçi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdə olduğu üçün 14 təqvim gününə düşən iş günləri üçün işəgötürən, 14 gündən sonrakı iş günləri üçün isə DSMF tərəfindən ödəniş həyata keçiriləcək.

Bəzi hallarda həmkarlarımız hesab edirlər ki, işçi COVİD-19 infeksiyasına yoluxubsa, o zaman stajından asılı olmayaq xəstəliyin tipinə görə müavinət 100 faizlə ödənilməlidir.
Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də müavinətin 100 faiz miqdarında şamil edildiyi bənddə COVİD-19 infeksiyası ilə bağlı hər hansı məlumat qeyd edilməyib.. COVİD-19 infeksiyasına yoluxan şəxslərə müavinətin 100 həcmində hesablanması əsasnamədə nəzərdə tutulmadığından işçinin stajına və sosial kateqoriyasına uyğun olaraq hesablama tətbiq ediləcək.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
7) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı 

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər