Bazar ertəsi, 04 İyul 2022 06:30

Əla yenilik! İşçilər xəstəliyə görə müavinət ödənişini onlayn rejimdə izləyə biləcəklər

 Yeni elektron xidmət sayəsində müavinət alacaq işçilərin mühasibatlığa və ya DSMF-yə müraciət etməsinə ehtiyac qalmayacaq

Təcrübədə işçilərin ən çox narazılıq etdiyi məsələlərdən biri də xəstləlik vərəqəsi təqdim etdikləri halda ödənişlərin gecikdirilməsi ilə bağlıdır. Gecikmə təşkilat tərəfindən sənədlərin göndərilməməsi, haqq-hesab üzrə göstəricilərin düzgün daxil edilməməsi və ya əlavə sənədlərin yüklənməməsi səbəbindən olurdu və sənədlər geri qaytarılırdı. İndiyədək işçilər əmək qabiliyyətinin itirilməsi ilə bağlı müavinətin cari statusu haqqında məlumatı yalnız öz mühasibatlıqlarından ala bilirdilər. Hazırda proses avtomatlaşdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən müavinətlərin (əmək müvəqqəti qabiliyyətinin itirilməsinə görə, hamiləliyə və doğuma görə, 3 yaşınadək uşağa qulluğa görə, uşağın anadan olmasına görə, dəfnə görə) izlənməsini e-sosial.az portalında olan şəxsi kabinetdə həyata keçirmək mümkün olacaq. İşçi sənədləri təşkilata təqdim etdikdən sonra, e-sosial.az-da şəxsi kaibnetinə daxil olmaqla mühasibatlıq bölməsi tərəfindən təqdim edilən haqq-hesab cədvəlinin nəticəsini görə biləcək. İşçi şəxsi kabinetdə “Müavinətlər” bölməsinə daxil olmaqla sənədlərin DSMF-ə orqanına təqdim olunması ilə yanaşı, ödənişə göndərilməsi, habelə sənədlərin və ya məlumatların düzgün daxil edilməməsi səbəbindən geri qaytarılması barədə məlumatları əldə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi yeni elektron xidmət işçilərin məlumatlandırılması ilə yanaşı, müavinətləri ödənilməsi prosesində 3 maraqlı tərəfin (işçi, işəgötürən və Dövlət Sosial Müdafiə Fondu) əlavə vaxt itkisinin qarşısını alacaq. Artıq müavinət almalı işçinin mühasibatlığa və ya DSMF-nin müvafiq qurumuna müraciət etməsinə ehtiyac qalmayacaq. İşçi nəinki kompüterdən, hətta e-sosial.az proqram təminatının mobil tətbiqini yükləməklə telefonundan müavinətlə bağlı cari vəziyyəti daha rahat şəkildə izləmək imkanına malik olacaq.

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

 

 

Şərh yazın