Narkoloji müayinə və sağlamlıq arayışı ilə bağlı hansı inzibati cərimələr tətbiq olunacaq?  (MİSALLARLA İZAH)

Narkoloji müayinə və sağlamlıq arayışı ilə bağlı hansı inzibati cərimələr tətbiq olunacaq?  (MİSALLARLA İZAH)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2026-cı il tarixdə təsdiq etdiyi Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 192.13-cü və 192.14-cü maddələr əlavə edilmişdir. 

- 192.13-cü maddə;

İnzibati Xətalar Məcəlləsinin 192.13-cü maddəsinə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə hesab edilən şəxslə, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti müəyyən edilmiş peşə və vəzifələr üzrə əmək müqaviləsinin bağlanılmasına və ya həmin şəxslə əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə edilir.
Mİsal 1. İşəgötürən işçinin təqdim etdiyi tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən onun narkoloji xəstə olduğunu bildiyi halda, həmin şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti müəyyən edilmiş vəzifə üzrə əmək müqaviləsi bağlayır.
Mİsal 2. İşəgötürən Əmək Məcəlləsinin 226-cı maddəsinə uyğun olaraq işçini icbari tibbi müayinəyə göndərir. Dövlət narkoloji tibb müəssisəsinin verdiyi rəyə əsasən işçinin narkoloji xəstə olduğu müəyyən edilir. Buna baxmayaraq, işçi ilə həmin vəzifə üzrə əmək münasibətləri davam etdirilir.
Hər iki halda nəzarət orqanı vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 192.13-cü maddəsinə əsasən 3 000 manat məbləğində inzibati məsuliyyətə cəlb edə bilər.


- 192.14-cü maddə;
İnzibati Xətalar Məcəlləsinin 192.14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti müəyyən edilmiş peşə və vəzifələr üzrə işə qəbul zamanı tələb olunan tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq vəzifəyə qəbul edilməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimə edilir.
Mİsal 1. İşəgötürən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən vəzifəyə işçini sağlamlığı haqqında tibbi arayış almadan işə qəbul edir.
Mİsal 2. İşəgötürən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli Qərarı ilə təsdiq edilmiş peşə və vəzifəyə işçini narkoloji tibbi müayinə (tibbi yoxlama) haqqında rəy almadan işə qəbul edir.
Hər iki halda nəzarət orqanı vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 192.14-cü maddəsinə əsasən 1 000 manat məbləğində inzibati məsuliyyətə cəlb edə bilər.

Təcrübədə rast gəlinən suallardan biri ondan ibarətdir ki, 7 iyul 2026-cı il tarixindən əvvəl sağlamlığı haqqında tibbi arayış və ya narkoloji tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işə qəbul edilmiş işçilərə görə sonradan İnzibati Xətalar Məcəlləsinin 192.14-cü maddəsi ilə inzibati məsuliyyət tətbiq edilə bilərmi?
Xeyr, çünki İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklər 7 iyul 2026-cı il tarixindən qüvvəyə minmişdir. Hüququn ümumi prinsiplərinə və İnzibati Xətalar Məcəlləsinin zaman baxımından qüvvəsi ilə bağlı müddəalarına əsasən, inzibati məsuliyyət müəyyən edən norma geriyə şamil edilə bilməz. Buna görə də, 192.13-cü və 192.14-cü maddələr yalnız həmin maddələr qüvvəyə mindikdən sonra baş vermiş hüquqpozmalar üzrə tətbiq edilməlidir.
Başqa sözlə, 7 iyul 2026-cı il tarixindən əvvəl tibbi sənədlər alınmadan işə qəbul edilmiş işçilərə görə yalnız bu fakta əsasən sonradan 192.14-cü maddə ilə inzibati məsuliyyətin tətbiqi hüquqi baxımdan əsaslı hesab edilmir.

1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:

Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf

Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf

Kitabın qiyməti: 60 manat

Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.

Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər