ƏMAS platformasında işəgötürən və işçilərin xeyrinə yenilik

ƏMAS platformasında işəgötürən və işçilərin xeyrinə yenilik

ƏMAS platformasında qismən ödənişli sosial məzuniyyət əmrinin hazırlanması ilə bağlı müsbət dəyişiklik edilib. Məlum olduğu kimi, üç yaşınadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətin proaktiv qaydada rəsmiləşdirilməsinə başlanıldıqdan sonra əmrin hazırlanması zamanı uşağın şəxsiyyət vəsiqəsinə dair məlumatların daxil edilməsi tələb olunurdu. Doğum haqqında şəhadətnamədə zəruri məlumatların, o cümlədən FİN-in olmasına baxmayaraq, həmin sənəd kifayət etmirdi.

Bu tələb xüsusilə yeni doğulmuş və hələ şəxsiyyət vəsiqəsi alınmamış uşaqlarla bağlı qismən ödənişli sosial məzuniyyət əmrinin hazırlanmasında çətinlik yaradırdı.

Artıq bu məhdudiyyət aradan qaldırılıb. Belə ki, uşağa şəxsiyyət vəsiqəsi alınmasını gözləmədən, onun doğum haqqında şəhadətnaməsində qeyd edilən FİN əsasında ƏMAS platformasında qismən ödənişli sosial məzuniyyət əmrini hazırlamaq mümkündür.

Beləliklə, əmrin rəsmiləşdirilməsi üçün uşağın şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə ehtiyac qalmır. Doğum haqqında şəhadətnamə əsasında prosesin həyata keçirilməsi həm işçilərin, həm də işəgötürənlərin işini asanlaşdırır.

MKS Academy-nin ən çox tələb olunan təlimlərindən biri — 3 dərsdən ibarət “ƏMAS Platforması: A-dan Z-yə” təliminə 7 sentyabr 2026-cı il tarixdən start veririk.

ZOOM | 6 dərs | 19:00–21:00

1-ci dərs:
Vəzifəli şəxsin qeydiyyatı, istifadəçi səlahiyyətləri, struktur, ştatlar, Vakansiya Bankı və kvota tələbləri.

2-ci dərs:
Əmək müqaviləsinin imzalanması və dəyişdirilməsi, əmək müqavilələri reyestri, işəgötürən və işçi arasında rəsmi yazışmalar.

3-cü dərs:
Xitam, məzuniyyət və ezamiyyət əmrləri, iş vaxtının uçotu, elektron xəstəlik vərəqəsi və ƏMAS-ın digər bölmələri. İsb.az və e-gov.az

Təlimlər onlayn (ZOOM) formatında keçirilir.

Təlim iştirakçılarına sertifikat təqdim edilir.

Təlimlərə həm fərdi, həm də təşkilat hesabına (müqavilə, e-qaimə və s.) qoşulmaq mümkündür.

Qeydiyyat: 050 / 055 368 12 72
Email: mksacademy2022@gmail.com

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər