İntizam tənbehi verilərkən hansı məqamlara diqqət yetirmək lazımdır?  ( 4 HAL)

İntizam tənbehi verilərkən hansı məqamlara diqqət yetirmək lazımdır?  ( 4 HAL)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 
Fikrimizin daha aydın olması üçün bu hala misal üzərində baxaq.
Mİsal. Fərz edək ki, işçi işə bir saat gecikib.
Birinci hal. İnsan resursları sahəsində çalışan və gündəlik planlaşdırma iclaslarının hər hansı birində iştirakı nəzərdə tutulmayan işçi işə bir saat gecikib. İşəğötürən qərara alır ki, işçiyə şifahi və ya yazılı xəbərdarlıq verməklə kifayətlənsin.
İkinci hal. Müəssisədə 5 ildir ki, çalışan işçi əmək fəaliyyəti dövründə ilk dəfə işə bir saat gecikib. İşəgötürən işçinin ilk dəfə işə gecikməsini nəzərə alaraq, hər hansı xəbərdarlıq verilməsinə ehtiyac duymur. 
Üçüncü hal. Satış sahəsində fəaliyyət göstərən müəssisədə kassir vəzifəsində çalışan işçinin işə gecikməsi nəticəsində təşkilatın iş prosesi tamamilə dayanıb və bu alıcıların ciddi narazılığına səbəb olub. Bu halda işəgötürən qərara alır ki, işçiyə töhmət versin.
Dördüncü hal. Texniki avadanlıqda qısaqapanma baş verib. Avadanlığın işinə nəzarət etməli olan mexanik işə bir saat gecikdiyindən müəssisəyə ciddi maddi zərər dəyib. İşəgötürən qərar verir ki, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilsin və maddi ziyanının ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilsin.
Gətirilən 4 nümunədən göründüyü kimi səbəb eyni - işçinin işə gecikməsi olsa da, işçilərin vəzifə funksiyaları və işə gecikmə nəticəsində törətdikləri xəta fərqlidir. O səbəbdən də işəgötürən intizam tənbehi haqqında qərar verdikdə, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini mütləq nəzərə almalıdır.

1024 səhifəlik "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) - kitabının əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:

Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf

Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf

Kitabın qiyməti: 60 manat

Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.

Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər