İş vaxtının cəmlənmiş uçotunda bayramdan öncəki gün iş vaxtı bir saat azaldılmalıdır?
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə
Əmək Məcəlləsinin 108-ci maddəsinin birinci hissəsinə əsasən, bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Maraqlıdır ki, iş vaxtının cəmlənmiş uçotunda da işçinin iş günün müddəti bir saat qısadılmalıdır?
2026-cı il üzrə istehsalat təqvimi təsdiq edilərkən illik iş vaxtı norması 1922 saat müəyyən edilmiş və bu hesablamada bayram günündən bilavasitə əvvəl gələn iş gününün bir saat qısaldılması da nəzərə alınmışdır. Buna görə də, işəgötürən iş vaxtının cəmlənmiş uçotu üzrə illik iş vaxtı normasını 1922 saat müəyyən edibsə, həmin bir saat artıq normada öz əksini tapmış hesab edilir. Bununla yanaşı, fərqli yanaşma da mövcuddur. Bu yanaşmaya əsasən, Əmək Məcəlləsinin 108-ci maddəsində iş vaxtının cəmlənmiş uçotu tətbiq edilən işçilər üçün istisna nəzərdə tutulmadığından, işəgötürən bayram günündən bilavasitə əvvəl gələn iş gününün müddətini bir saat qısaltmalı, bu mümkün olmadıqda isə daxili qaydalarda bunu tənzimləməklə həmin bir saata görə artırılmış (ikiqat) əmək haqqı ödəməlidir.
1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:
Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf
Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf
Kitabın qiyməti: 60 manat
Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.
Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın