İşçinin Bakıdan Sumqayıta səfər etməsi ezamiyyə hesab edilir?
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə
Təcrübədə tez-tez rast gəlinən suallardan biri də işçinin ezamiyyətə göndərilməsi zamanı məsafənin müəyyənləşdirilməsidir. Misal üçün, işəgötürən işçini Bakı şəhərindən Sumqayıt şəhərinə ezamiyyətə göndərə bilərmi? Qaydalarda ezamiyyətlə bağlı məsafə kilometrlə qeyd edilməsə də, işəgötürənlər üçün qeyd edilən suala aydınlıq gətiriləsi maddə var. Qaydaların “Respublika ərazisi daxilində ezamiyyələr” bölməsinin 3-cü hissəsinin ikinci hissəsinə əsasən, işçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.
Maddədən göründüyü kimi, ezamiyyə zamanı məsafənin uzaqlığının müəyyən edilməsi ezam olunan işçinin işlədiyi təşkilatın rəhbərinin səlahiyyətinə buraxılıb. İşəgötürən hesab edirsə ki, işçinin tapşırığı həyata keçirməsi üçün Sumqayıt şəhərində gecələməsinə ehtiyac var, o zaman həmin səfəri ezamiyyət kimi rəsmiləşdirə bilər.
Misal. Bakı şəhərində yerləşən işəgötürən qərar verir ki, Sumqayıt şəhərində keçiriləcək sərgidə iştirak etmək üçün işçilər 3 günlük ezam olunsun. İşəgötürən hesab edir ki, 2 gün hər gün saat 9:00-dan 18:00-ə kimi keçiriləcək tədbirdə iştirak etmək üçün işçilərin hər gün Bakı şəhərinə gəlib-getməsi işçilərin istirahət rejiminin pozulmasına səbəb olacaq. O səbəbdən də, işəgötürən həmin işçilərin Sumqayıtda 2 gün qalmasına qərar verir.
1024 səhifəlik "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) - kitabının əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:
Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf
Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf
Kitabın qiyməti: 60 manat
Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.
Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın