Ezamiyyətdə olan işçiyə hansı hallarda istirahət və ya bayram gününə görə əməkhaqqı ikiqat məbləğdə hesablanmalıdır?

Ezamiyyətdə olan işçiyə hansı hallarda istirahət və ya bayram gününə görə əməkhaqqı ikiqat məbləğdə hesablanmalıdır?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə

Ezamiyyətlər zamanı mümkündür ki, işçinin ezamiyyətə göndərilməsi və ya ezamiyyətdən qayıtması istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ya ümumxalq hüzn gününə təsadüf etsin. Məsələn, bəzi şəhərlərə Bakı şəhərindən hər gün deyil, həftənin müəyyən günlərində aviareyslər həyata keçirilir. Bu səbəbdən işçi ezamiyyətə məhz istirahət günündə yola düşmək məcburiyyətində qala bilər.
"İşçilərin ezamiyyə qaydaları"nın "Ümumi müddəalar" bölməsinin doqquzuncu hissəsinə əsasən, işçinin ezamiyyətə getdiyi və ya ezamiyyətdən qayıtdığı gün (günlər) Azərbaycan Respublikasında müəyyən edilmiş istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ya ümumxalq hüzn gününə təsadüf edərsə, habelə işçi ezamiyyətdə olarkən həmin günlərdə işləyərsə (tədrisdə, kursda, konfransda və digər analoji tədbirlərdə iştirak edərsə), ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əməkhaqqı və ya əməkhaqqı əvəzinə istirahət günü (günləri) verilir.
Qaydaların tələblərindən göründüyü kimi, aşağıdakı hallarda işçiyə Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun təminatlar tətbiq edilir:
- işçinin ezamiyyətə getdiyi gün istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ya ümumxalq hüzn gününə təsadüf etdikdə;
- işçinin ezamiyyətdən qayıtdığı gün istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ya ümumxalq hüzn gününə təsadüf etdikdə;
- işçinin ezamiyyətdə olduğu müddətdə həmin günlərdə xidməti tapşırığı yerinə yetirdiyi hallarda.
Mİsal 1. Almaniyaya ezam olunan işçinin təyyarə reysi bazar gününə və ya iş günü hesab edilməyən bayram gününə təsadüf edir. Bu halda işçinin istirahət günündə ezamiyyətə yola düşməsi Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq kompensasiya edilməlidir. İşəgötürən işçiyə ya həmin gün üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavə əməkhaqqı ödəməli, ya da onun razılığı ilə başqa istirahət günü verməlidir.
Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əlavə əməkhaqqının hesablanması qaydası kitabın "Əmək haqqı" bölməsində ətraflı izah edildiyindən, bu hissədə həmin hesablamalar təkrar verilmir.
Mİsal 2. İşçi 5 noyabr 2026-cı il tarixdə Şuşa şəhərinə ezam olunmuşdur. Ezamiyyət müddətində 8 noyabr tarixinə təsadüf edən bayram günü keçirilən konfransda iştirak etmiş, 7 noyabr tarixində (şənbə günü) isə oteldə qalaraq istirahət etmişdir.
Bu halda işçiyə 8 noyabr tarixi üzrə bayram günündə xidməti tapşırığı yerinə yetirdiyinə görə Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əlavə əməkhaqqı və ya əməkhaqqı əvəzinə istirahət günü verilməlidir.
Lakin 7 noyabr tarixində işçi hər hansı xidməti tapşırıq yerinə yetirmədiyindən və yalnız ezamiyyətdə olduğundan, həmin günə görə Əmək Məcəlləsinin 164-cü maddəsi tətbiq edilmir. İşçiyə bu gün üçün yalnız qanunvericilikdə nəzərdə tutulmuş ezamiyyə xərcləri ödənilir.

1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:

Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf

Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf

Kitabın qiyməti: 60 manat

Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.

Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər