İş vaxtının cəmlənmiş uçotunda üçüncü tələb olan istirahət günləri necə tənzimlənir?

İş vaxtının cəmlənmiş uçotunda üçüncü tələb olan istirahət günləri necə tənzimlənir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 104-cü maddəsinə əsasən işəgötürən hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Beşgünlük və altıgünlük iş rejimləri ilə bağlı konkret minimum günləri sayı da müəyyən edilib. Belə ki, həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. 
Amma iş vaxtının cəmlənmiş uçotunda yanaşma fərqlidir. Əmək Məcəlləsinin 104-cü maddəsinin ikinci hissəsinə əsasən, iş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir.
Göründüyü kimi, işəgötürən növbəli iş rejim tətbiq edərkən istirahət günlərini növbə cədvəlinə uyğun müəyyən etməlidir. Amma növbə cədvəlinə əsasən, işçinin həftənin bütün günləri işləməsi əmək qanunvericiliyinin tələblərinə ziddir. Çünki Əmək Məcəlləsinin 104-cü maddəsində qeyd edilir ki, işəgötürən işəgötürən hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. O səbəbdən də işçinin bir həftə tam olaraq fasiləsiz işləməsi əmək qanunvericiliyinə qanunaziddir.
Sual oluna bilər ki,  təcrübədə dənizdə işləyən işləyənlər bəzi vaxtlar 14 gün ardıcıl olaraq çalışırlar, bu zaman istirahət günləri necə tənzimlənir? Əmək Məcəlləsinin 104-cü maddəsinin ikinci hissəsinə əsasən, iş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Bu zaman dənizdə çalışan şəxslər vaxta metodu ilə çalışdığı üçün 14 günlük iş rejimi bir növbə kimi qəbul edilir. O səbəbdən həmin şəxslər 14 gündən bir istirahət günləri tətbiq edilir. 

1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:

Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf

Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf

Kitabın qiyməti: 60 manat

Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.

Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər