2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub. Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.
Hər iki qanun təsdiq olunduqdan sonra, 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, əmək haqqından gəlir vergisi hesablanarkən yaşayış minimumi qədər güzəşt edilir. Hal-hazırda 2018-ci il üzrə yaşayış minimum 173 manat təşkil edir. Vergi Məcəlləsinə bununla bağlı hər hansı dəyişiklik olmadığı halda, 01 yanvar 2019-cu ildən sonra güzəşt olunacaq məbləğ 173 manat yox 180 manat təşkil edəcək.