Beləliklə, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə edilən dəyişikliyə uyğun olaraq, idxal zamanı istisnalar aşağıdakı iki hal üçün nəzərdə tutulur:
“Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri;
vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olan vergi ödəyiciləri.
İlkin olaraq “Yaşıl dəhliz” buraxılış sistemi haqqında məlumat verək. Gömrük qanunvericiliyinə əsasən, “Yaşıl dəhliz” buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir. Qeyd edək ki, 30 dekabr 2022-ci il tarixinə olan məlumata əsasən 495 sayda vergi ödəyicisi idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilmiş xarici ticarət iştirakçılarının siyahısına (https://customs.gov.az/uploads/pdfcontent/import.pdf) əlavə edilib.
Misal. “Azercell Telekom” MMC-nin xaricdən mallar idxal edərkən vergi orqanına malların boşaldılacağı yer haqqında məlumat formasını təqdim etməsinə ehtiyac yoxdur. Cünki həmin vergi ödəyicisinin adı “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilmiş xarici ticarət iştirakçılarının siyahısına daxil edilib.
Vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olan vergi ödəyiciləri üzrə halları misallar üzərində nəzərdən keçirək.
Misal 1. İnformasiya texnologiyları sahəsində fəsliyyət göstərən vergi ödəyicisi xaricdən servis avandanlığı idxal edir. Vergi ödəyicisinin yalnız bir təsərrüfat subyekti (obyekti) olduğu üçün vergi orqanına Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan formanı təqdim etməyəcək.
Misal 2. Tikinti materiallarının satışını həyata keçirən vergi ödəyicisinin həm Binəqədi, həm də Suraxanı rayonunda anbarı mövcuddur. Bu zaman vergi ödəyicisi idxalla bağlı formanı vergi orqanına təqdim etməlidir. Çünki Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsindəki istisna yalnız vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinə şamil edilir.
Misal 3. Elektrik avandanlıqlarının satışını həyata keçirən vergi ödəyicisinin həm ofis, həm də anbar olaraq iki təsərrüfat subyekti mövcuddur. Vergi ödəyicisi idxal olunan mallar haqqında malları gömrük orqanına bəyan etməlidir ki, çünki vergi ödəyicisinin təsərrüfat subyekti kimi iki obyekti var.
Misal 4. Bank olaraq fəaliyyət vergi ödəyicisinin baş ofisi ilə yanaşı filialları mövcuddur. Vergi ödəyicisi xaricdən mal idxal etdiyi halda filialların üzrə təsərrüfat subyekti olduğu üçün idxalla bağlı formanı təqdim etməlidir.
Satışda olan YENİ nəşrlərimiz:
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
2. Əmək Qanunvericiliyi Toplusu 2023
3. ƏMAS platforması A-dan - Z-yə
4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr)
5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)
5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
6. Mühasibat uçotu