
DİQQƏT! DƏMX tərəfindən əmək qanunvericiliyinə dair inzibati cərimənin ELEKTRON protokol qaydasında tətbiq edilməsinə START verilib
DƏMX-nin rəsmisi: “İnzibati Xətalar Məcəlləsinin 127-4-ci maddəsinin tələblərinə əsasən DƏMX-ə İnzibati Xətalar Məcəlləsinin 3 maddəsi ilə inzibati cərimənin elektron qaydada tətbiqi səlahiyyəti verilib”
DOST TV-də yayımlanan Şahin Əliyevlə “Ekspert rəyi”nin budəfəki qonaqları Dövlət Əmək Müfəttişliyi Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdiri Orxan Hüseynov və insan resursları üzrə mütəxəssis Sehran Əhmədova olub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdiri Orxan Hüseynov dövlət qurumu tərəfindən tətbiq edilən elektron protokollar haqqında məlumat verib: “İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsində nəzərdə tutulan elektron auditin həyata keçirilməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə səlahiyyətlər verilib. DƏMX olaraq elektron protokolların tətbiq edilməsi modullarını hazırlasaq da, “ASAN ödəniş” portalına inteqrasiya ilə bağlı müəyyən müddət tələb olundu. Bu səbəbdən də, 2025-ci ilin may ayından etibarən elektron protokolların tətbiqi ilə bağlı prosesə start vermişik. İnzibati Xətalar Məcəlləsinin 127-4-ci maddəsinin tələblərinə əsasən DƏMX-ə İnzibati Xətalar Məcəlləsinin aşağıdakı 3 maddəsi ilə inzibati cərimənin elektron qaydada tətbiqi səlahiyyəti verilib:
- İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi - İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsinin əsasən, DƏMX yuxarıda qeyd etdiyimiz 3 maddə üzrə kənarlaşmanı elektron infromasiya üzərindən müəyyən edərsə o zaman elektron qaydada protokol və ya qərar tətbiq edə bilər. İnzibati cərimənin ənənəvi yox elektron qaydada protokol və qərarın inzibati pozuntunu yaradanlara tətbiq edilməsi qanunvericiliyin tələbidir. Dövlət Əmək Müfəttişliyi Xidməti olaraq may ayından etibarən elektron qaydada protkol və ya qərar tətbiq edilməsinə başlamışıq”.
İnzibati Xətalar Məcəlləsinin əmək qanunverciliyi ilə bağlı tələblərin və son dəyişikliklərin izahı olunduğu da MKS Academy tərəfindən onlayn formada keçirilən 8 sayda tematik təlimin video recordingi 20 faiz endirimlə əldə etmək imkanı
MKS Academy tərəfindən 2025-ci il tarixdə həyata keçirilən və qiymətində 20 faiz endirim tətbiq edilən tematik təlimlərimiz aşağıdakılardır:
- 14 iyun Fərdi əmək mübahisələri və inzibati cərimələr: A-dan Z-yə
- 4 iyun Əmas platforması A dan Z'yə
- 25 may Bütün məzuniyyətlər A'dan Z'yə
- 17 may İş vaxtı rejimi və əmək məcəlləsinə son dəyişikliklər
- 3 may - Əmək haqqı və müavinət: A-dan Z-yə
- 26 aprel - Ezamiyyə qaydaları və iş yerlərinin attestasiyası
- 12 aprel - "Əmək müqaviləsinə xitam: A-dan Z-yə"
- 15 mart - Fərqli iş rejimləri (iş vaxtının cəmlənmiş uçotu) və əmək haqqı hesablanması
Tematik təlimin qiyməti 40 manat olsa, 20 faiz endirimlə 32 manat təşkil edir. Qiymətə təlimin videosunun linki, təlimdə qeyd edilən qanunvericilik linkləri, təlimin təqdimatı və pdf formatda sertifikat həmçinin MKS HR portalına 1 aylıq abunə daxildir. 4 təlim eyni zamanda sifariş edən şəxsə 5-ci təlim ödənişsiz təqdim edilir.
Ödənişi fərdi və ya təşkilat (e-qaimə və s.) hesabına həyata keçirə bilərsiniz.
Tematik təlim(lər)i əldə etmək üçün 050 368 12 72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın