İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır? (4 misalla izah)

İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır? (4 misalla izah)

Satışına sentyabr ayından start veriləcək "Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) kitabından seçmə

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;
Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövrü həm bəzi məzuniyyyətlər, həm də işçiyə əmək haqqı hesablanmayan dövrlərdə baş verə bilər. Məzuniyyətlə bağlı misalları təqdim edirik.
Mİsal 1. İşçi öz hesabına 3 aylıq ödənişsiz məzuniyyət götürür. İşçi ödənişsiz məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. İşçiyə ödənişsiz məzuniyyət dövründə əmək haqqı hesablanmadığı üçün əmək qabiliyyətini itirməsinə görə də ödəniş həyata keçirilməyəcək.
Mİsal 2.  İşçi 10 günlük müddətində ödənişsiz məzuniyyətdən istifadə edir. Ödənişsiz məzuniyyətin 4-cü günündə əmək qabiliyyətini 15 günlük müddətə müvəqqəti itirir. Bu zaman işçinin ödənişsiz məzuniyyətdən sonrakı 9 gün (15 gün (əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövr)  - 6 gün (qalıq ödənişsiz günlər)) üzrə müavinət hesablanması həyata keçirilməlidir.
Mİsal 3. Uşağa qismən ödənişli qulluq məzuniyyətində olan işçi həmin dövrdə əmək qabiliyyətini müvəqqəti itirir. Bu halda da işəgötürən müavinət hesablamamalıdır. Çünki məzuniyyət dövründə işçiyə ödənilən aylıq məbləğ DSMF tərəfindən həyata keçirilir və həmin dövr üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Mİsal 4.  İşçi iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdiyi üçün işəgötürən tərəfindən Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılıb. İşçi işdən kənarlaşdırma dövründə əmək qabiliyyətini müvəqqəti itirərsə, bu zaman hesablanma həyata keçirilməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

1 Komment

  1. Mühasib 09 Sentyabr 2025

    Salam Xahiş edirəm cavablandırın z.o.İşçi məzuniyyətə çıxıb.Məzuniyyət hesablayarkən əvvəlki 12 ayın əmək haqqısı götürülür.12 ay hesablamaya düşən dövürdə məzuniyyət hesablanan məbləğdə var var. 12 ay döründə olan məzuniyyət hesablanılmış məbləğ işçinin məzuniyyət hesablanmasında götürülür? Belə izah edim 12 ay dövür əhatə edir 2024 sentyabr-2025-avqust. İşçi 2024 -ci ilin oktyabr noyabr aylarında da məzuniyyətdə olub və məzuniyyət hesablanılıb. İşçi 15.09.2025-ci ildən məzuniyyətə çıxır.İndi hesablanan məzuniyyətdə 2024 cü ilin oktyabr -noyabr ayında hesablanan məzuniyyət məbləği 12 dövrə daxil edilirmi?

Şərh yazın

Xəbərlər