İnsan resursları üzrə mütəxəssis Sehran Əhmədova: "İşə qəbul zamanı şəxsin öncəki iş yerində əmək müqaviləsinə hansı maddə ilə xitam olunmasını görə bilmirik"

İnsan resursları üzrə mütəxəssis Sehran Əhmədova: "İşə qəbul zamanı şəxsin öncəki iş yerində əmək müqaviləsinə hansı maddə ilə xitam olunmasını görə bilmirik"

DƏMX-nin rəsmisi Orxan Hüseynov qeyd edilən məsələyə münasibət bildirdi

DOST TV-də yayımlanan Şahin Əliyevlə “Ekspert rəyi”nin budəfəki qonaqları Dövlət Əmək Müfəttişliyi Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdiri Orxan Hüseynov və insan resursları üzrə mütəxəssis Sehran Əhmədova olub.  

Tanınmış insan resursları üzrə mütəxəssis Sehran Əhmədova ƏMAS altsistemində işə qəbul zamanı şəxsin xitam verilmiş əmək müqaviləsində xitam maddəsinin qeyd edilməməsi məsələsini bildirib: "Mən bir problemi bildirmək istəyirəm. İşə qəbul olunacaq işçini sistemə daxil etdikdə onun əvvəlki iş yerindən hansı maddə ilə ayrıldığını görə bilmirik. Misal üçün, işə qəbul etdiyimiz işçi əvvəlki iş yerindən 70-ci maddənin "ç" bəndi ilə azad olunub. Həmin maddə ilə işdən azad olunan işçinin müəsissəsimizdə çalışmasını istəmərik. Eyni maddə ilə çıxan işçinin işə qəbul etdiyimiz halda eyni halı təşkilatda törə biləciyi riski var."

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdiri Orxan Hüseynov bildirib ki, işə qəbul olunan şəxsin xitamla bağlı maddəsinin görünməməsini vacib hesab ediblər: "İşəgötürən üçün həmin məlumatların görünməsi vacib olsa da, işçilər üçün həmin məlumatların açıqlanması məqsədəuyğun hesab edilmir. Həmin işçilər də dövlət qurumuna müraciət ediblər ki, qeyd edilən fərdi məlumatların əks olunması onların gələcək karyera imkanlarına ciddi təsir edir".

Onlayn formada keçirilən 8 sayda tematik təlimin video recordingi 20 faiz endirimlə əldə etmək imkanı

MKS Academy tərəfindən 2025-ci il tarixdə həyata keçirilən və qiymətində 20 faiz endirim tətbiq edilən tematik təlimlərimiz aşağıdakılardır:

  • 14 iyun Fərdi əmək mübahisələri və inzibati cərimələr: A-dan Z-yə
  • 4 iyun Əmas platforması A dan Z'yə
  • 25 may Bütün məzuniyyətlər A'dan Z'yə
  • 17 may İş vaxtı rejimi  və əmək məcəlləsinə son dəyişikliklər
  • 3 may - Əmək haqqı və müavinət: A-dan Z-yə
  • 26 aprel -  Ezamiyyə qaydaları və iş yerlərinin attestasiyası
  • 12 aprel  -  "Əmək müqaviləsinə xitam: A-dan Z-yə"
  • 15 mart - Fərqli iş rejimləri (iş vaxtının cəmlənmiş uçotu) və əmək haqqı hesablanması

Tematik təlimin  qiyməti 40 manat olsa, 20 faiz endirimlə 32 manat təşkil edir. Qiymətə təlimin videosunun linki, təlimdə qeyd edilən qanunvericilik linkləri, təlimin təqdimatı və pdf formatda sertifikat həmçinin MKS HR portalına 1 aylıq abunə daxildir. 4 təlim eyni zamanda sifariş edən şəxsə 5-ci təlim ödənişsiz təqdim edilir.

Ödənişi fərdi və ya təşkilat (e-qaimə və s.) hesabına həyata keçirə bilərsiniz.

Tematik təlim(lər)i əldə etmək üçün 050 368 12 72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər