
"Mənfəət vergisi" Bəyannaməsinin 1 saylı Əlavəsinin tərtibi zamanı nələrə diqqət yetirilməlidir? (3 VACİB MƏQAM)
Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (IX nəşr) kitabından seçmə
Həmkarlarımızda ən çox sual doğuran məsələlərdən biri də Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsinin doldurulmasıdır. Vergi ödəyicisinin bir növ balans məlumatlarını əks etdirən həmin əlavə “Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat” adlanır.
Bəyannamənin 1 saylı Əlavəsinin tərtibi zamanı 3 vacib məqama diqqət yetirmək lazımdır.
Birinci məqam. Vergi ödəyicisinin dövrün əvvəlinə qalıq məlumatları öncəki hesabat dövrünün sonuna olan qalıq məlumatları ilə eynilik təşkil etməlidir. Mümkündür ki, vergi ödəyicisi yeni fəaliyyətə başladığından ilk hesabatını versin. O halda hesabat dövrünün əvvəlinə qalıqlar “0”a bərabər olmalıdır.
Mümkündür ki, vergi ödəyicisi hesabat dövründən öncəki dövrdə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmiş olsun. Bu halda vergi ödəyicisinin hesabat dövrünün əvvəlinə qalıq məlumatları vergi ödəyicisi tərəfindən təqdim edilən son Sadələşdirilmiş vergi bəyannaməsinin 1 saylı Əlavəsinin hesabat dövrünün sonuna olan məlumatları ilə eynilik təşkil etməlidir.
Mİsal. Vergi ödəyicisinin 2023-cü ilin sonuna pul vəsaitləri 10 000 manat, debitor borcları isə 8000 manat təşkil edib. Vergi ödəyicisi 2024-ci il üzrə Mənfəət vergisi bəyannaməsi hazırladıqda, “Pul vəsaitləri və debitor borclar” sətrininin “Hesabat dövrünün əvvəlinə” sütununa müvafiq olaraq 10 000 manat və 8000 manat qeyd etməlidir.
İkinci məqam. Vergi ödəyicisinin hesabat dövrü ərzində dövriyyələri eyni olmalıdır, yəni tarazlıq gözlənilməlidir.
Mİsal 1. Vergi ödəyicisi qarşı tərəfə 10 000 manatlıq mal təqdim edir və ödəniş bank hesabına daxil olur. Bu halda bəyannamənin aktiv bölməsində pul vəsaitlərinin artmasına uyğun şəkildə malların azalması müşahidə edilməlidir, məbləğlər eyni olmalıdır. Misaldan göründüyü kimi, proses yalnız bəyannamənin aktiv bölməsində həyata keçirilir.
Mİsal 2. Vergi ödəyicisi qarşı tərəfə olan 20 000 manatlıq kredit borcunu ödəyib. Bu halda bəyannamənin aktiv bölməsində pul vəsaitlərinin azalmasına uyğun şəkildə passiv bölməsində kredit borclarının da azalması müşahidə olunacaq. Əməliyyat nəticəsində həmin aktiv, həm də passiv bölmələr üzrə dəyişikliklər baş verir.
Mİsal 3. Hüquqi şəxsin təsisçisi nizamnamə kapitalına 30 000 manat məbləğində nəqliyyat vasitəsi qoyuluşu edib. Bu zaman aktiv və kapital hissələrinin müvafiq olaraq “Nəqliyyat vasitələri” və “Nizamnamə kapitalı” bölmələrində 30 000 manat artım baş verəcək.
Üçüncü məqam. Hesabat dövrünün sonuna qalıqlar da bərabər olmalıdır. Təbii ki, vergi ödəyicisinin hesabat dövrünün əvvəlinə qalıq və dövriyyələr üzrə məbləğləri eyni olursa, o halda hesabat dövrünün sonunda da qalıqlar bərabər olmalıdır. Əks halda bəyannaməni yadda saxladıqda məhdudiyyət tətbiq ediləcək.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın