
YENİ İNZİBATİ CƏRİMƏ! Hansı sənədləri təqdim etməyən işəgötürən 2500 manatadək cərimə olunacaq? (1-ci yazı)
Mks.az saytının ekspertləri İnzibati Xətalar Məcəlləsindəki son dəyişiklikləri şərh edir
Növbəti tematik təlimimiz 14 iyun 2025-ci il (şənbə günü) tarixdə "Fərdi əmək mübahisələri və inzibati cərimələr: A-dan Z-yə" mövzusunda keçiriləcək. Təlim həm onlayn (saat 10:00 - 13:00, ZOOM), həm də əyani (saat 14:00 - 17:00, Caspian Plaza) formada keçiriləcək. Tematik təlimdə aşağıdakı mövzular haqqında ətraflı məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq kifayətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərin bir qismi əmək qanunvericiliyi ilə bağlıdır. Mks.az-ın ekspertləri son dəyişikliklər haqqında izahatlar hazırlayıb.
Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) fərdi əmək mübahisələri zamanı işəgötürəndən bəzi sənədləri tələb edir. Bu iş vaxtının uçotu, məzuniyyət və əmək haqqı hesablanması və əmək qanunvericiliyinin tətbiqi ilə bağlı digər sənədləri əhatə edir. Qanunvericilikdə qeyd olunan sənədlərin hansı müddətdə təqdim edilməsi, həmçinin sənədlərdə məlumatların düzgünlüyü öhdəliyi ilə bağlı hər hansı inzibatı məsuliyyət nəzərdə tutulmurdu.
İnzibati Xətalar Məcəlləsində edilən son dəyişiklik işəgötürən tərəfindən həmin sənədlərin təqdim edilməsi halı ilə bağlı inzibati məsuliyyət formalaşdırılmasına hesablanıb. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 539.3-cü maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Maddənin tələblərindən göründüyü kimi, işəgötürən tərəfindən həm zəruri məlumatların (sənədlərin) təqdim edilməməsinə, həm də onun tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimə nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsində edilən son dəyişikliklər və əmək qanunvericiliyinə aid digər inzibati cərimələr haqqında 14 iyun 2025-ci il tarixdə “Fərdi əmək mübahisələri və inzibati cərimələr: A-dan Z-yə” mövzusunda, əyani və onlayn formada keçiriləcək tematik təlimdə geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025
3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
4. Vergi Məcəlləsi 2025
5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı
6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
7. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın