Yükdaşıma xidmətı üzrə dövriyyə 200 000 manatı keçdikdə ƏDV öhdəliyi yaranır?

Yükdaşıma xidmətı üzrə dövriyyə 200 000 manatı keçdikdə ƏDV öhdəliyi yaranır?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Fərdi sahibkarlıq məşğul olan vergi ödəyicisi yükdaşıma xidməti göstərdiyi üçün fərqlənmə nişanına malikdir. Həmin fəaliyyət üzrə dövriyyə 200 000 manatı keçərsə, bu zaman vergi ödəyicisinin ƏDV öhdəliyi yaranır. Sualla Dövlət Vergi Xidmətinin mövqeyini təqdim edirik:

Bildiririk ki, dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş verginin ödəyicisi olan şəxslərin dairəsi Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Buna əsasən Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslərin əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda həmin şəxslərin ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınmaq öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 155-ci və 218-ci maddələri

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. ƏMAS platforması A-dan - Z-yə 

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) - 17 yanvar 2023-cü il tarixdən satışda olacaq

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 

6. Mühasibat uçotu

 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və [email protected]

 

 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər