Bazar ertəsi, 25 İyul 2022 06:01

Maliyyə sanksiyası ilə bağlı həmkarlarımızın hansı qeydi Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə nəzərə alınıb? (1-ci yazı)

Mks.az saytı olaraq, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliklər barədə silsilə yazılar təqdim etməyə başlayırıq

Xəbər verildiyi kimi, Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinəd dəyişikliklər paketi hazırlanaraq müvafiq dövlət qurumları ilə müzakirəsi həyata keçirilir. Mks.az saytı olaraq, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində edilməsi təklif edilən dəyişikliklər barədə silsilə yazılar təqdim etməyə başlayırıq.

İlk olaraq maliyyə sanksiyaları haqqında yazımızı təqdim etdirik. 1 yanvar 2022-ci il tarixdən etibarən Vergi Məcələsinin 58.13-cü maddəsinə edilən dəyişikliyə əsasən,  topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə  görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Mks.az saytının 05 mart 2022-cil tarixdə 1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsində edilən dəyişikliklərə bağlı seminarında tanınmış vergi mütəxəssisi Teymur Tuncay elektron ticarət zamanı anbarlardan malların təqdim edilıməsi zamanı Vergi Məcəlləsinin 58.13-cü maddəsi üzrə maliyyə sanksiyasının tətbiq olunması məsələsini Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin diqqətinə çatdırmışdır. Sevincdirici haldır ki, Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə Vergi Məcəlləsinin 58.13-cü maddəsində maliyyə sanksiyası tətbiqi zamanı elektron ticarət qaydasında anbardan malların təqdim edilməsi istisna kimi nəzərdə tutulur.

Beləliklə, 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 58.13-cü maddəsi aşağıdakı şəkildə təklif edilir:

58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndəsatış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Şərh yazın