Teymur Tuncayın təqdimatında: Xronometraj metodu ilə müşahidənin həyata keçirilməsi

Teymur Tuncayın təqdimatında: Xronometraj metodu ilə müşahidənin həyata keçirilməsi

Vergi Məcəlləsinin 50-1.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda xronometraj metodu ilə müşahidə aparılır. Vergi məsləhətçisi Teymur İslamlı qanunvericiliyin tələbini misallarla izah edib.

Misal 1: Sadələşdirilmiş verginin ödəyicisi olan “RH” MMC-nin 2021-ci ilin 1-ci rübü üzrə təqdim etdiyi bəyannamədə 14.500 manat satış dövriyyəsi bəyan edilib. 2-ci rüb üzrə isə həmin göstərici 9.870 manat təşkil edib. Bu halda satış dövriyyəsi 30 faizdən çox azaldığından vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə təyin edilə bilər.

Misal 2: Sadələşdirilmiş verginin ödəyicisi olan “BB” MMC-nin 2021-ci ilin 1-ci rübü üzrə təqdim etdiyi bəyannamədə 7.400 manat satış dövriyyəsi bəyan edilib. Dövr üzrə cəmiyyətin əməkhaqqı, icbari ödənişlər, icarə, kommunal və s. bu kimi xərclərinin cəmi 8100 manat təşkil edib. Bu halda, MMC-nin iqtisadi göstəriciləri ilə bəyan edilmiş satış dövriyyəsi uyğun olmadığından vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə təyin edilə bilər.

Vergi Məcəlləsinin 50-1.1.2-cü maddəsində göstərilib ki, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda xronometraj metodu ilə müşahidə aparılır.

Misal 3: Vergi ödəyicisi tərəfindən 17.07.2021-ci il və 30.09.2021-ci il tarixlərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulduğundan vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə təyin edilə bilər.

Vergi Məcəlləsinin 50-1.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə müşahidə aparıla bilər.

Vergi Məcəlləsinin 50-1.3-cü maddəsində göstərilib ki, xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır.

Göründüyü kimi, həmin müddəa ilə xronometraj müşahidəsinin maksimum müddəti müəyyən edilir və daha az müddəti əhatə etməklə müşahidənin keçirilməsini istisna etmir. Praktikada adətən bu müşahidələrin müddəti 3 gündən az olmur. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Praktikada dövriyyəsinin əsas hissəsi xüsusilə, həftəsonlarında və ya bayram günlərində formalaşan obyektlərdə xronometraj müşahidələrin yalnız həftə sonları (cümə, şənbə və bazar günləri) və ya yalnız bayram, matəm günlərində təyin edilməsinə yol verilmir.

Xronometraj metodu ilə müşahidənin aparılması həvalə edilmiş vergi orqanının vəzifəli şəxsləri tərəfindən müşahidəyə başlanılarkən hər bir obyekt üzrə iş rejimi, istirahət günləri, satış nöqtələrinin sayı və s. bu kimi məsələlər barədə vergi ödəyicisindən yazılı arayış alınır. Xronometraj metodu ilə müşahidə ilə müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda və müşahidənin yekununda aktla rəsmiləşdirilərək orta günlük satış dövriyyəsi və ya istehsal həcmi müəyyən edilir. İstehsal obyektlərində günlük yekun aktlarında satış dövriyyəsi ilə yanaşı istehsal həcmi də göstərilir.

Misal 4: “RH” MMC-yə məxsus tikinti materiallarının pərakəndə satışı mağazasında xronometraj müşahidəsi ilə müəyyən edilmiş satış dövriyyəsi tarixlər üzrə aşağıdakı kimi olub:

07.08.2021 – 1750 manat
08.08.2021 – 1640 manat
09.08.2021 – 2140 manat
10.08.2021 – 1830 manat.

Beləliklə, orta günlük satış dövriyyəsi 1840 manat təşkil edib:

1750 + 1640 + 2140 + 1830 = 7360 manat
7360 : 4 = 1840 manat.

Vergi Məcəlləsində xronometraj metodu ilə müşahidənin nəticələrindən kameral vergi yoxlamaları ilə yanaşı səyyar vergi yoxlamalarında da istifadə edilməsi nəzərdə tutulub. Belə ki, Məcəlləsinin 67.1.8-ci maddəsinə əsasən, Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələrindən istifadə edərək müəyyən etmək hüququ vardır.

Mənbə: Vergiler.az

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi" 

Tarix: 13 noyabr 2021-ci il, saat 10:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər