Vergilər Nazirliyinin təqdimatında: Sadələşdirilmiş, ƏDV, Mənfəət və Gəlir vergisi üzrə MİSALLAR

Vergilər Nazirliyinin təqdimatında: Sadələşdirilmiş, ƏDV, Mənfəət və Gəlir vergisi üzrə MİSALLAR

Vergilər Nazirliyi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə keçirilən görüş zamanı vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra ölkədə vergi yükünün aşağı düşməsi ilə bağlı MİSALLA təqdim edib. 

Misal 1 (sadələşdirilmiş vergi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əmək haqqı verir.

Belə olan halda vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

Sadələşdirilmiş vergi: 120000,0 (illik gəlir) * 4 % (sadələşdirilmiş vergi dərəcəsi) = 4800,0 manat
Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14 % * 12 ay = 2197,4 manat
Cəmi: 4800,0 + 2197,4 = 6997,4 manat

Dəyişiklikdən sonra, yəni sadələşdirilmiş vergi dərəcəsi 4%-dən 2%-ə, əmək haqqından tutulan gəlir vergisi 8000,0 manatadək olduqda 14 və 25%-dən 0% dərəcəyə endirildiyi üçün hesablama aşağıdakı qaydada olacaqdır:

Sadələşdirilmiş vergi: 120000,0 (illik gəlir) * 2 % (sadələşdirilmiş vergi dərəcəsi) = 2400.0 manat
Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0 % * 12 ay = 0,0 manat
Cəmi: 2400,0 + 0,0 = 2400,0 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 6997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 2400,0 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 4597,4 manat azalması deməkdir.

Misal 2 (ƏDV ödəyicisi üzrə):

Ticarət sektorunda 6% dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olan və 4 işçisi olan sahibkarın illik gəliri 300000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əmək haqqı verir. 01.01.2019-cu il tarixindən 6% dərəcə üzrə sadələşdirilmiş vergi ləğv olduğu üçün vergi ödəyici ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10%-dir.

Belə olan halda vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

Sadələşdirilmiş vergi: 300000,0 (illik gəlir) * 6 % (sadələşdirilmiş vergi dərəcəsi) = 18000,0 manat
Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14 % * 12 ay = 2197,4 manat
Cəmi: 18000,0 + 2197,4 = 20197,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydada olacaqdır:

Əlavə dəyər vergisi (vergi ödəyicisinin 300000,0 manat gəlirindən 10% mənfəət ilə qazancını nəzərə alaraq): 30000,0 * 18% (ƏDV dərəcəsi) = 5400,0 manat
Mənfəət/gəlir vergisi: 30000,0 (mənfəət) * 20% (MV/GV dərəcəsi) = 6000,0 manat
Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0 % * 12 ay = 0,0 manat
Cəmi: 5400,0 + 6000,0 + 0,0 = 11400,0 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 20197,4 manat idisə, dəyişiklikdən sonra bu yük 11400,0 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 8797,4 manat azalması deməkdir.

Misal 3 (gəlir vergisi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əmək haqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10%-dir.

Belə olan halda vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

Sadələşdirilmiş vergi: 120000,0 (illik gəlir) * 4 % (sadələşdirilmiş vergi dərəcəsi) = 4800,0 manat
Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14 % * 12 ay = 2197,4 manat
Cəmi: 4800,0 + 2197,4 = 6997,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:

Gəlir vergisi: (120000,0 (illik gəlir) – 108000,0 (illik xərc))*20%*25% (mikrosahibkarlara təqdim edilən 75 %-lik güzəşt) = 600,0 manat
Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0 % * 12 ay = 0,0 manat
Cəmi: 600,0 + 0,0 = 600,0 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 6997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600,0 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 6397,4 manat azalması deməkdir.

 "KARGÜZARLIQ A:dan Z-yə" kitabı SATIŞDA

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər