ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ

ƏLA XƏBƏR! ƏMAS altsistemində elektron xəstəlik vərəqəsi ilə bağlı YENİ BÖLMƏ

ƏMAS altsistemində yaradılan yeni bölmə işəgötürənlərin elektron xəstəlik vərəqələri ilə bağlı texniki səhv problemini həll edəcək

Növbəti tematik təlimimiz 6 sentyabr 2025-ci il (şənbə günü) tarixdə da "Fərqli iş rejimləri və iş vaxtının cəmlənmiş uçotu"  mövzusunda keçiriləcək. Təlim onlayn (saat 10:00 - 13:00, ZOOM), formada keçiriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq kifayətdir.

Xəbər verdiyimiz kimi 1 may 2025-ci il tarixindən etibarən əmək qabiliyyətinin itirilməsinə görə xəstəlik vərəqəsinin  elektron sənəd formasında tərtib olunması həyata keçirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına əsasən sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri  tərəfindən elektron sənəd formasında tərtib edilir. Beləliklə 1 may 2025-ci il tarixdən etibarən tibb müəssisələri tərəfindən xəstəlik vərəqələri kağız formada tərtib edilməsinə icazə verilmir. Tibb müəssisələri tərəfindən xəstəlik vərəqələrinin elektron formada tərtib olunması zamanı bəzi texniki səhvlərin baş verməsi hallarına rast gəlinirdi.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin xəstəlik vərəqələri üzrə məlumatları müavinətlərin ödənilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim edir. Təcrübədə DSMF tərəfindən elektron xəstəlik vərəqəsindəki texniki səhv olduqda həmin sənədin qəbulundan imtina olunması hallarına rast gəlinirdi. Bu səbəbdən də, DSMF tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərə hesablanan müavinətlərin ödənişlərin həyata keçirilməsində ləngimələr baş verirdi. Elektron xəstəlik vərəqəsində olan texniki səhvin aradan qaldırılması işəgötürənin yox tibb müəssisəsinin səlahiyyətində olduğu üçün müavinətlərin ödənilməsndə ciddi problemlər baş verirdi.

ƏMAS altsistemində edilən dəyişikliyə əsasən platformada “xəstəlik vərəqələrin geri qaytarılması” altbölməsi yaradıldı:

İşəgötürən həmin bölməyə daxil olduqdan sonra texniki səhv baş verən xəstəlik vərəqəsinin sonundakı “geri qaytar” düyməsini sıxmalıdır:

 

“Geri qaytar” düyməsini sıxdıqdan sonra xəstəlik vərəqəsinin geri qaytarılması səbəbi seçilməklə qeydlər aparılmalıdır:

Tibb müəsissəsi işəgötürən tərəfindən geri qaytarılan xəstəlik vərəqəsi üzrə düzəliş etdikdən sonra ƏMAS altsitemində elektron xəstəlik vərəqəsi üzrə yenilənmə həyata keçiriləcək. İşəgötürən tərəfindən də düzəliş edilərək texniki səhv aradan qaldırılan YENİ xəstəlik vərəqəsi DSMF-ə göndərilməlidir.

Məlumat üçün bildirək ki, 6 sentyabr 2025-ci il tarixdə saat 10:00-da "Fərqli iş rejimləri və iş vaxtının cəmlənmiş uçotu" mövzusunda keçiriləcək tematik təlimdə elektron xəstəlik vərəqələrinin geri qaytarılması haqqında geniş məlumat veriləcək.  Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq kifayətdir.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər