Bazar ertəsi, 27 Avqust 2018 06:18

İşçinin əmək haqqısından gəlir vergisi ilə bağlı qeyri-adi sual

Sual:  Şirkətin işçisinin ümumi əmək haqqı 1000 manat təşkil edir. Həmin məbləğə həm 3% sosial sığortanın dərəcəsi tətbiq edilir, həm də 14% muzdlu işlə bağlı gəlir vergisi. Sual: olarmı 1000 manatdan 3% çıxandan sonra, qalan məbləğə 14% vergi dərəcəsi tətbiq olunsun (yəni, 970 manata) ? Əgər olmazsa, onda hansı maddədə bu qeyd olunub? Təşəkkür.

Cavab: Bildiririk ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Bu zaman gəlirin məbləği, Vergi Məcəlləsinin 98.2.1-98.2.6-cı maddələrində göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir.

Qeyd edilənlərdən göründüyü kimi fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirinin məbləği müəyyənləşdirilərkən bu Məcəllənin 98.2.1-98.2.6-cı maddələrində göstərilən hallar nəzərə alınır.

Eyni zamanda muzdla işləyən fiziki şəxslərə ödəmələr verən fərdi sahibkarlar, hüquqi şəxslər və xüsusi notariuslar ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

Qeyd edilənlərə əsasən muzdla işləyən fiziki şəxslərə ödəmələr verən işəgötürənlər tərəfindən onlara aparılan ödəmələrdən xərclər çıxılmadan ödəmə mənbəyində vergi tutulur.

Bax: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 150.1.1-ci maddələri

 

Şərh yazın