ƏDV-lə bağlı son dövrlərin aktual sualına Altay Cəfərovun cavabı

ƏDV-lə bağlı son dövrlərin aktual sualına Altay Cəfərovun cavabı

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: ƏDV qeydiyyatında olan şəxs 2018-ci il fevral ayında 40 000 manat məbləğində 18% dərəcəsinə cəlb olunan əməliyyat, 30 000 manat məbləğində ƏDV-dən azad əməliyyat, 20 000 manat məbləğində 0% ƏDV-yə cəlb olunan əməliyyat və 10 000 manat dəyərində isə Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmət göstərib. Həmçinin, müəssisə 118 000 manat dəyərində (o cümlədən, 18 000 manat ƏDV) EVHF-lar üzrə mal və ya xidmət alıb və nağdsız qaydada ödəyib. Müəssisə alınmış EVHF-lar üzrə ödədiyi 18 000 manat ƏDV-nin hansı hissəsini əvəzləşdirə bilər?

Anar

Cavab: Sualınız çox maraqlı, praktikada az istifadə olunan, amma müəyyən ziddiyyətlər yaradan sualdır. Əvvəlcə Vergi Məcəlləsinin sualınıza aid olan maddələrinə baxaq.

Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV

175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.


175.6. ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

Sizin halınızda ümumi dövrüyyə belədir= 40 000 + 30 000 + 20 000 + 10 000 =100 000 manat. Yaxşı olardı ki, ilkin olaraq müəyyənləşdirəsiz, əvəzləşdiriləcək 100 000 + 18.000 (ƏDV)  xərc sənədləri hansı gəlirlərə, hansı dövriyyələrə aiddir. Yəni, ƏDV-yə cəlb olunan, azad olunan və ya ümumiyyətlə cəlb olunmayan əməliyyatlara aiddir? Yox, bunu konkret müəyyənləşdirə bilmirsinizsə, onda sualda olduğu kimi əvəzləşmə nisbətlə aparılmalıdır. Burda Məcəllənin 175.4-cü maddəsi tətbiq olunur. Maddəyə görə, nisbət ancaq 18 faiz və 0 faiz ƏDV və azad olunan əməliyyatların dövriyyələrilə müəyyənləşməlidir. Belə olan halda ümumi dövriyyədən kənarda əldə olunan gəlirlər çıxdaş olunmalıdır: 40 000 + 30 000 + 20 000 = 90.000 manat . Və əmsal 1.11 (100 000 / 90 000) olacaq. Əvəzləşən məbləğ 77.778,00 manat (1,11x (40.000+30.000)), əvəzləşməyən məbləğ isə 22.222 (1.1 x 20.000) manat olacaq.

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

1 Komment

  1. Pərvin 25 İyul 2018

    Qeyd olunmuş suala görə ƏDV üzrə ümumi əməliyyatlar, yəni dövriyyə 90000 manat, qarşı tərəfə ödənilmiş ƏDV məbləği isə 18000 manatdır. Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq bu halda Azad olunan əməliyyatlar ümümi dövriyyənin 33.33% təşkil edir. Əgər əvəzləşdirilən məbləğ 18000 manat idisə, dövriyyəsində azad olunan əməliyyatı olduğuna görə yalnız həmin məbləğin 12000.60 manatını əvəzləşdirə bilər. 7200 manat ƏDV üzrə vergi ödənildiyi halda, əvəzləşən məbləğləridə nəzərə aldıqdan sonra 4800.60 manat Büdcədən vergi ödəyicinə ƏDV qaytarılacaqdır.

Şərh yazın

Xəbərlər