Bazar ertəsi, 30 Aprel 2018 10:58

Mağazadan mal aldıqda, geri qaytarmadığı və çek vermədiyi hallarda nə etməli...

Sual: Mən Nizami rayonu Qarayev prospektində yerleşən geyim mağazasından qadın geyimi aldım çek tələb etdim, amma dedilər verə bilmirik üzürlü sayın. Dedim eybi yoxdu. Ancaq o geyimin ölçüsü düz gəlmədiyindən 2-3 saat sonra geri qaytarmaq istədim, dedilər bizdə geri qaytarmaq olmur müdüriyyət tapşırıb. Bilmək istəyirəm mənim geri qaytarmaq hüququm var? Və yaxud onun mənə çek vermeyib vergidən yayınıb dövlətin büdcəsindən oğurluq etməyə haqqı var? Zəhmet olmazsa mənə məlumat verin bu haqda, necə edim?

Şahin Bayramov Əli, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., Bakı 

Cavab: Bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehlakçı 14 gün ərzində qüsurlu malın geri qaytarılmasının və ya dəyişdirilməsinin təmin edilməsini tələb edə bilər.

Qanuna əsasən istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.

Bununla belə, istehlakçı hüquqlarınızın pozulması ilə bağlı Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Onu da qeyd edək ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1995-ci il 19 sentyabr tarixli 1113 nömrəli Qanununun 7-ci və 17-ci maddələri.

 

1 Şərh

  • Şərh bağlantısı Mehdi Cümə axşamı, 07 Yanvar 2021 16:05 tərəfindən təqdim olunub Mehdi

    Salam. Qaradag rayonu Musfiqabad qesebesi Seymur market edv ceki vermir xahiw edidem bu vergiden yayinan magaza haqqinda tedbir gorun

Şərh yazın