Nağdsız hesablaşmalarla bağlı 2 AKTUAL sualın cavabı

Nağdsız hesablaşmalarla bağlı 2 AKTUAL sualın cavabı

Sual: 1. Vergi ödəyicisi olmayan təsisçi tərəfindən ƏDV ödəyicisi olan müəssisəyə faizlə verilmiş borc müəssisənin xəzinəsindən (“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən həddi keçməməklə) qaytarıla bilərmi? 
2.Təsisçinin müəssisəyə verdiyi borcu müəssisənin hesablaşma hesabına deyil, müəssisənin gömrük xərclərinin ödənməsi üçün bir başa bank vasitəsi ilə gömrük orqanına ödəməsi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa zidd deyil ki? Xahiş edirəm əgər mümkünsə sualların cavabını mənim elektron poçt ünvanıma göndərəsiniz.
Mübariz, [email protected], Sumqayıt şəhəri (01.03.2018) 
Cavab: 1. Bildiririk ki, vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər.
 
Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü və 3.4-cü maddələri.
 
2. Bildiririk ki, birbaşa nağd qaydada bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız qaydada hesablşmalara aid edilir. Lakin hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar yalnız nağdsız ödəniş Qanunun müddəalarına uyğun naşdsız ödənişin digər formasında, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilməlidir.
Bununla yanaşı, təsisçinin dövlət gömrük orqanları üçün üçüncü şəxs hesab olunduğunu nəzərə alaraq, sorğunuzda qeyd olunan şəkildə hesablaşmanın aparılması ödənişin hüquqi şəxsin borcunun ödənişi kimi tanınmamasına əsas verə bilər.
Digər tərəfdən, ödənişi təsdiqləyən bank çıxarışın müəssisənin təyinatı üzrə çəkdiyi xərci təsdiqləyən sənədin identikləşdirilməsində də müəyyən çətinliklər yarana bilər.
Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər