Cümə, 29 İyul 2022 07:21

Kənd təsərrüfatı istehsalçısı gəlir və xərclərin uçotunu aparmağa borcludur?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

1 yanvar 2019-cu il tarixə kimi kənd təsərrüfatı istehsalı ilə məşğul olan vergi ödəyicilərindən demək olar ki, gəlir və xərclərinin uçotunu aparmaq tələb olunmurdu və  onlar vergi orqanına hər hansı hesabat təqdim etmirdilər.

Artıq Məcəllədə vergi ödəyicisinin vəzifələrinə müəyyən dəyişiklik olub. Həmin dəyişikliyə əsasən, vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparması onun vəzifəsi hesab olunub.

Həmçinin, Vergi Məcəlləsinə hesabatlıqla bağlı maliyyə sanksiyası da daxil edilib. 

Belə ki, Vergi Məcəlləsinə əlavə edilən 58.15-ci maddəyə əsasən, Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

Fikrimizi misalla izah edək.

Mİsal. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər bu əməliyyatlar üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər. Tutaq ki, vergi güzəşt və azadolmalarını əldə edən kənd təsərrüfatı məhsullarının istehsalçısı 1 000 manatlıq gəlirini bəyan etməyib. Vergi nəzarəti tədbirləri zamanı bu hal aşkar olunarsa, vergi ödəyicisinə 60 manat (1000 manat x 6 faiz) maliyyə sanksiyası tətbiq edilə bilər.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Şərh yazın