Səhifəni çap et
Çərşənbə, 10 Fevral 2021 08:23

Mks.az-dan Vergi işçilərinin peşə bayramı günündə yeni layihə

 Mks.az saytı Vergi işçilərin peşə bayramı günündə - 11 fevral 2021-ci il tarixində vergi işi üzrə sınaq imtahanlarının keçirilməsini nəzərdə tutan yeni layihənin icrasına başlayır. Sınaq imtahanında vergi məsələlərini əhatə edən 60 sualın cavablandırılması üçün hər bir iştirakçıya 90 dəqiqə vaxt veriləcək.

Sınaq imtahanı yekunlaşan kimi test nəticələri üzrə cavablar proqram təminatı tərəfindən avtomatik hazırlanacaq və iştirakçıya topladığı yekun bala uyğun iştirakçı sertifikatı təqdim ediləcək.

İştirakçılar sınaq imtahanının keçirilməsi vaxtını özləri təyin edəcəklər. Həftənin 6 günü (bazar günü istisna olmaqla) saat 10:00-19:00 aralığında uyğun vaxtın seçilməsi iştirakçıların ixtiyarındadır.Vaxt seçimi ən geci 1 iş günü öncədən edilməlidir.

Sınaq imtahanlarında dövlət vergi orqanlarına işə qəbul və Peşəkar mühasibat sertifikatı imtahanlarına hazırlaşanlarla yanaşı, hazırda mühasibatlıq və vergi sahəsində çalışan şəxslər də iştirak edə bilərlər.  Sınaq imtahanında iştirak haqqı ilk dəfə müraciət edənlər üçün 15 manat, daimi müştərilər üçün isə 10 manat müəyyən edilib. Ödəniş imtahan tarixinə ən geci 1 iş günü qalmış edilməlidir. Ödənişi istəyinizdən asılı olaraq təşkilatın bank hesabına və ya kassasına, bank, E-manat ödəniş terminalı və ya Hesab.az vasitəsilə həyata keçirə bilərsiniz.

Sınaq imtahanı saytımızın Nərimanov metrostansiyası yaxınlığında yerləşən ofisində keçiriləcək. Daha geniş məlumat almaq üçün 050-368-12-72 və 012-564-86-85 nömrəli telefonlara zəng edə və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. saytına yaza bilərsiniz. Şərh hissəsinə "+" işarəsi qoyanlara da ətraflı məlumat göndəriləcək.

Devizimizə sadiqik: Öyrətmək savab, öyrənmək qazancdır

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.