MÜQAVİLƏNİ 8 SAATLIQ BAĞLAYIB 3 SAAT İŞLƏMƏK MÜMKÜNDÜR?

MÜQAVİLƏNİ 8 SAATLIQ BAĞLAYIB 3 SAAT İŞLƏMƏK MÜMKÜNDÜR?

Sual: İşçi yeni işə başladığı üçün məzuniyyət hüququndan istifadə edə bilmir. Onun normal iş vaxtı 8 saat olsa da, başqa işi olduğu üçün iş gününün 3 saatını işləmək niyyətindədir. Bunun üçün o nə etməlidir? İşçi ərizə yazmalıdır, yoxsa tabel uçotunda az işləməsi haqqında qeyd olunması kifayətdir?
Cavab: İşçi işə qəbul olunan zaman işəgötürənlə əmək müqaviləsi bağlayır və həmin əmək müqaviləsində bütün şərtlər öz əksini tapır. Bu şərtlərdən biri də işçinin əmək funksiyaları və iş rejimilə bağlıdır. İşçi sizin qeyd etdiyiniz halda gündə 8 saat, həftədə isə 40 saat işləməlidir. Əgər işçi hansısa gün 3 saat işləsə, əmək müqaviləsinin şərtlərini pozmuş sayılacaq. İşçinin bir gün 5 saat az işləməsi əmək müqaviləsinin şərtinin dəyişilməsi deməkdir. Belə bir dəyişikliyin olması isə yalınz işəgötürənin razılığı ilə baş tuta bilər. Bunun üçün işçi işəgötürənin adına ərizə yazmalıdır və orada göstərməlidir ki, hansısa bir tarixdə ona 5 saatlıq icarə verilsin. Əgər işəgötürən buna razılıq versə, onda işçi həmin gün 5 saat az işləyə bilər. Müəssisədə tabeldən istifadə olunursa, orada həmin gün üçün 3 saat qeyd olunmalıdır.
Bu məsələ ilə bağlı digər bir halı da nəzərdən keçirək. Tutaq ki, işçi hansısa bir gün heç kimin razılığı olmadan 5 saat az işləyir. Bu halda işçi əmək müqaviləsinin şərtlərini pozduğundan onunla bağlanmış müqavilənin ləvğ olunması işəgötürənin səlahiyyətində qalır.
Əmək Məcəlləsinin müvafiq maddələrinə nəzər salaq:
 
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları 
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar 
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
Maddələrdən də aydın olur ki, bu hal işçi tərəfindən əmək vəzifələrinin kobud pozulmasıdır və işçinin təşkilatdakı gələcək taleyini işəgötürən müəyyənləşdirir.
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər