Təsisçi malın dəyəri öz hesabından ödədikdə, müxabirləşmə necə aparılmalıdır?

Təsisçi malın dəyəri öz hesabından ödədikdə, müxabirləşmə necə aparılmalıdır?

Sual: A şirkəti xaricdəki B şirkətindən mal alır. Amma malın pulunu A şirkətinin təsisçisi öz şəxsi hesabından köçürür. Belə olan halda A şirkəti mühasibatlıqda hansı provodkaları verməlidir?
Ruhin Məmmədov
 
Cavab: Sualdan belə məlum olur ki, şirkətin digər şirkətdən mal almaq üçün vəsaiti yoxdur və bunun üçün təsisçiyə müraciət edir və təsisçi həmin vəasiti öz şəxsi hesabından satıcıya ödəyir. Əlbəttə ki, şirkət hər hansı bir şəxsdən, o cümlədən təsisçidən borc ala bilər. Təsisçi də həmin vəsaiti birbaşa kassaya, banka və yaxud da qeyd olunduğu kimi satıcının hesabına ödəyər. Sadəcə, ödəniş sənədlərində qeyd olunmalıdır ki, pulu A firmasının alacağı mala görə ödəyir. Gələcəkdə təsisçi ilə hesablaşmalarda problemlərin olmaması üçün bunu etmək lazımdır. 
Müxabirləşmə isə aşağıdakı kimidir:
 
DT   KT   Məbləğ  Əməliyyatın Adı
61    75 (əlavə subhesab)     Vəsait avans kimi ödənilibsə
Açmaq lazımdır,
Məsələn 75.4
 
 60   61   B şirkəti malı göndərib
 41   60   
 
Yeni Milli hesablar planında isə 
 
243  538 Vəsait təsisçi  tərəfindən avans kimi ödənilibsə
 
531   243 B şirkəti malı göndərib
205   531
 

0 Komment

    Şərh yazın

    Xəbərlər