Fiziki şəxslərin sosial sığorta haqqı necə hesablanlmasının misalla izahı

Fiziki şəxslərin sosial sığorta haqqı necə hesablanlmasının misalla izahı

 

Sual: Hal-hazırda fiziki şəxs kimi qeydiyyata durmuşam. Təbii ki, qanunvericiliyə əsasən vergi və sosial ayırma ödəməliyəm. Sualım ondan ibarətdir ki, xidmət sferasında fəaliyyət göstərən fiziki şəxs nə qədər sosial ayırma ödəmələdir?

 

Cavab: Sosial sığorta haqqında qanuna əsasən, ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin:

§  Bakı şəhərində 100 faizi,

§  Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,

§  respublika tabeli digər şəhərlərdə 80 faizi,

§  rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,

§  kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Bakı şəhərində xidmət sahəsində çalışan fiziki şəxs digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi aylıq olaraq minimum əmək haqqının 20 faizini məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.. Hal-hazırda minumum əmək haqqı 93,50 manat olduğundan məcburi sosial ayırma 18.70 manat (93,50 x 20 faiz) edir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər