
Minimum saatlıq əmək haqqının tətbiqi ilə bağlı 5 VACİB MƏQAM
17 may 2025-ci il tarixdə onlayn və əyani formada həyata keçiriləcək növbəti tematik təlimimiz iki mövzudan ibarət olacaq: "İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi". Təlimdə həmçinin ƏMAS altsistemində həyata keçirilən son yeniliklər haqqında məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress). Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Əmək Məcəlləsində gözlənilən 200-ə yaxın dəyişiklik anonsunda ən çox müzakirə yaradan məsələ minimum saatlıq əmək haqqının tətbiqi ilə bağlıdır.
Mks.az saytının ekspertləri minimum saatlıq əmək haqqının tətbiq ilə bağlı bəzi vacib məqamlara aydınlıq gətirib.
Birinci məqam. Minimum saatlıq əmək haqqının tətbiqinin cari işçilərin əmək haqqı məbləğinə hər hansı təsiri olmayacaq. İşəgötürənlər tərəfindən minimum saatlıq əmək haqqının tətbiqi müəyyən meyarlara uyğun gələn və yeni bağlanan əmək müqavilələrinə tətbiq ediləcək.
İkinci məqam. Əmək Məcəlləsində işçilərə minimim əmək haqqıdan aşağı məbləğin verilməməsi ilə bağlı tələblər olduğu kimi, təklif edilən dəyişikliyə əsasən, işəgötürənlər qanunvericiliklə müəyyən edilən minimum saatlıq əmək haqqıdan aşağı saatlıq əmək haqqı müəyyən etmək səlahiyyətlərinə malik olmayacaqlar.
Üçüncü məqam. Minimum saatlıq əmək haqqının qisa müddətə (ilkin layihədə 1 aylıq müddət nəzərdə tutulur) bağlanan və həftəlik iş norması 20 saatdan aşağı olan şəxslərə tətbiq edilməsi nəzərdə tutulub. Misal üçün, işəgötürən işə tam iş vaxtı ilə işçi qəbul edərsə, o zaman minimum saatlıq yox, minimum aylıq əmək haqqı üzrə tələbləri nəzərə almalıdır.
Dördüncü məqam. Layihədə nəzərdə tutulub ki, minimum saatlıq əmək haqqının məbləği cari saatlıq əmək haqqı məbləğindən daha yüksək olsun. 2025-ci il istehsalat təqviminə əsasən, 2025-ci ilin may ayında 158 saat iş norması müəyyən edilib. 1 yanvar 2025-ci il tarixdən minimum əmək haqqının 400 manat olmasını nəzərə alsaq, tam iş vaxtı ilə çalışan işçi üzrə saatlıq əmək haqqının minimum məbləği 2,53 manatdan (400 manat (minimum əmək haqqı) / 158 saat (may üzrə iş norması)) aşağı müəyyən edilə bilməz. Əmək Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, minumum saatlıq əmək haqqının məbləği aylıq iş normasından asılı olmayaraq daha yüksək məbləğdə müəyyən edilməlidir.
Beşinci məqam. Əmək müqaviləsi bağlayaraq minimum saatlıq əmək haqqı ilə çalışan şəxslər üçün digər işçilərdə olduğu məzuniyyət hüququ, əmək şəraitinə görə əmək haqqına əmsalların tətbiqi və gecə vaxtı, iş vaxtından artıq iş və bayram gününlərə görə əlavə ödənişlərin verilməsi qanunvericilikdə müəyyən edilən qaydada tənzimlənəcək.
Minimum saatlıq əmək haqqı, həmçinin Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında 17 may 2025-ci il tarixdə “İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması” və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi" mövzusunda onlayn və əyani formada keçiriləcək tematik təlimdə daha geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
3. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
Vergi uçotu: A-dan Z-yə (IX nəşr)
Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)
Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın