Elektron xəstəlik vərəqələri haqq-hesab cədvəlində necə əks etdirilir?

Elektron xəstəlik vərəqələri haqq-hesab cədvəlində necə əks etdirilir?

17 may 2025-ci il tarixdə onlayn və əyani formada həyata keçiriləcək növbəti tematik təlimimiz iki mövzudan ibarət olacaq: "İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi".  Təlimdə həmçinin  ƏMAS altsistemində həyata keçirilən son yeniliklər haqqında məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress).  Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.

Xəbər verdiyimiz ki, 1 may 2025-ci il tarixdən etibarən tibbi müəssisələri tərəfindən xəstəlik vərəqələrinin kağız formada təqdim edilməsinə məhdudiyyət tətbiq olunub. Tibb müəssisələri tərəfindən işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə təqdim olunan xəstəlik vərəqələri artıq elektron formada göndərilir. Saytımızda xəstəlik vərəqələrinin ƏMAS altsistemində əks olunması ilə bağlı yazı təqdim etmişdik. Bu yazımızda elektron xəstəlik vərəqələrinin elektron formada haqq-hesab cədvəlində əks olunması haqqında məlumat verəcəyik.

İşəgötürənlər e-gov.az saytındakı “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” bölməsində əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə bağlı məlumatları Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim edirlər.

Haqq-hesab cədvəlində xəstəlik vərəqələrinin daxil edilməsi üçün iki seçim verilir:

Şəkildən göründüyü kimi, 1 may 2025-ci il tarixdən sonra tibb müəssisələri tərəfindən təqdim edilən elektron formada xəstəlik vərəqələri “Elektron xəstəlik vərəqəsi” bölməsində təsnifləşdirilir. Həmin tarixdən öncəki dövrdə, yəni kağız formada təqdim edilən xəstəlik vərəqələri isə “Xəstəlik vərəqəsi” bölməsində qeyd olunur. Əgər işəgötürən “xəstəlik vərəqəsi” bölməsində daxil etdiyi xəstəlik vərəqəsinin başlanma tarixini 1 may 2025-ci il və ya ondan sonrakı tarix kimi qeyd edərsə, aşağıdakı formada bildiriş çıxacaq:

Bu səbəbdən də, işəgötürən tərəfindən 1 may 2025-ci il tarixdən sonra təqdim olunan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqələri mütləq “Servisdən gələn xəstəlik vərəqələri” bölməsində qeyd edilməlidir.

Elektron xəstəlik vərəqələri haqqında 17 may 2025-ci il tarixdə “İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması” və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi" mövzusunda onlayn və əyani formada keçiriləcək tematik təlimdə geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün  050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

3.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

Vergi uçotu: A-dan Z-yə (IX nəşr)

Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)

Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın