Cavab. “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli 790 nömrəli Fərmanının 6-cı bəndinə əsasən, müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamalarda İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilməlidir.
Nazirliyin nümayəndəsi sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamada dövlət orqanlarının nümayəndəsinin qarşısına qoyulmuş tapşırıqdan və müəyyən edilmiş müddətdən kənara çıxmamasını müşahidə etməklə yoxlamanın qanunvericiliyə uyğun qaydada aparılmasında iştirak edir.