YENİ CƏRİMƏ!!! Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yalnış etsən, 4000 manat cərimə ödəyəcəksən
Hüquqi şəxslərin elektron qeydiyyatı sisteminin tətbiq edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə aşağıdakı 200-1-ci maddə əlavə edilib:
“Maddə 200-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi
Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə -
fiziki şəxslər yeddi yüz manat miqdarda, hüquqi şəxslər dörd min manat miqdarda cərimə edilir”.
Maddədən göründüyü kimi hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinin qarşısını almaq məqsədilə İnzibati Xətalar Məcəlləsinə belə hallara yol vermiş fiziki şəxslərin 700 manat, hüquqi şəxslərin 4000 manat miqdarında cərimə olunacaq.
Qeyd edək ki, 200-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi nəzərdə tutulur.
0 Komment
Şərh yazın