YENİ RƏSMİLƏŞDİRMƏ! İşçi istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya üçün ərizə yazacaq? (5-ci yazı)

YENİ RƏSMİLƏŞDİRMƏ! İşçi istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya üçün ərizə yazacaq? (5-ci yazı)

2027-ci ildən tətbiqi nəzərdə tutulan dəyişikliklərlə bağlı Əmək Məcəlləsinə yeni düzəlişlər paketi Milli Məclisdə müzakirə olunur. MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər haqqında oxucularımıza ətraflı məlumat verməyə davam edirik.

MKS Academy tərəfindən 12 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktiki misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-1-ci hissəsində isə işçinin müəyyən şərtlər daxilində ərizə təqdim etmədiyi halda işəgötürənin əmri ilə əmək məzuniyyətinə göndərilməsi tənzimlənir. Qeyd edək ki, həmin müddəa 16 yanvar 2026-cı il tarixli qanunvericilik dəyişikliyi ilə Əmək Məcəlləsinə əlavə edilib.

İndi isə Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-1-ci hissəsinə yeni dəyişiklik təklif olunur.

Dəyişiklik layihəsinin 1.13-cü bəndinə əsasən, həmin hissədəki “işəgötürənə” sözü aşağıdakı sözlərlə əvəz edilir:

“, habelə bu Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq kompensasiyanın ödənilməsi üçün işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)”

Təklif edilən dəyişiklikdən göründüyü kimi, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi üçün işçinin yazılı müraciəti məsələsi ayrıca tənzimlənir.

Təklif edilən dəyişiklik qəbul olunarsa, işçi Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya almaq üçün işəgötürənə iki formada müraciət edə biləcək:

- Kağız daşıyıcıda yazılı ərizə təqdim etməklə;

- Elektron informasiya sistemi vasitəsilə yazılı müraciət etməklə.

Beləliklə, kompensasiyanın ödənilməsi üçün müraciətin yazılı formada rəsmiləşdirilməsi xüsusi əhəmiyyət daşıyacaq.

Misalla izah edək.

Misal. İşçinin əvvəlki iş ilindən istifadə etmədiyi 10 təqvim günü əmək məzuniyyəti qalıb. İşçi əmək münasibətlərini davam etdirməklə həmin günlərə görə kompensasiya almaq istəyir.

Təklif edilən dəyişiklik qüvvəyə minərsə, işçi kompensasiyanın ödənilməsi üçün işəgötürənə kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə yazılı müraciət edə biləcək.

Minimum 21 günlük əmək məzuniyyətinə görə kompensasiya ödəniləcəkmi?

MKS.az olaraq bu məsələlər barədə növbəti yazılarımızda, həmçinin 12 noyabr 2026-cı il tarixində keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda onlayn tematik təlimdə praktik misallarla ətraflı məlumat verəcəyik.

ƏMƏK MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktiki misallarla tematik təlim!

Təlimdə müzakirə ediləcək əsas mövzular:

  • Saatlıq əməkhaqqının hesablanması və tətbiqi;
  • İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi;
  • Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi;
  • Əməkhaqqı ödənişlərinin elektronlaşdırılması;
  • Digər mühüm dəyişikliklərin praktiki misallarla izahı.

Tarix: 12 noyabr 2026-cı il

Saat: 19:00–21:00

Format: Onlayn (ZOOM)

XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.

DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!

Qeydiyyat və ətraflı məlumat: 050 368-12-72 / 055 368-12-72 (WhatsApp)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər