YENİ TƏLƏB! 3 yaşınadək uşağı olan işçilərə münasibətdə hansı fərqli qaydalar tətbiq ediləcək? (6-cı yazı)

YENİ TƏLƏB! 3 yaşınadək uşağı olan işçilərə münasibətdə hansı fərqli qaydalar tətbiq ediləcək? (6-cı yazı)

2027-ci ildən tətbiqi nəzərdə tutulan dəyişikliklərlə bağlı Əmək Məcəlləsinə yeni düzəlişlər paketi Milli Məclisdə müzakirə olunur. MKS.az olaraq Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər haqqında oxucularımıza ətraflı məlumat verməyə davam edirik.

MKS Academy tərəfindən 12 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktiki misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. İşçi yazılı ərizəsi əsasında həmin məzuniyyət hüququndan tam və ya hissə-hissə istifadə edə bilər.

Hazırda uşağa qulluğa görə aylıq müavinətin məbləği aşağıdakı kimidir:

  • Uşağın bir yaş yarımınadək olan dövrü üçün – 44 manat;

  • Uşağın bir yaş yarımından üç yaşınadək olan dövrü üçün – 28 manat.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, “qismən ödənişli sosial məzuniyyət” ifadəsinin “uşağa qulluğa görə sosial məzuniyyət” ifadəsi ilə əvəz olunması nəzərdə tutulur. Belə ki,  Əmək Məcəlləsinin müvafiq müddəasında “qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq” sözlərinin“uşağa qulluğa görə sosial məzuniyyət” sözləri ilə əvəz edilməsi təklif olunur.

Beləliklə, dəyişiklik qəbul edilərsə, uşağa qulluq məqsədilə verilən məzuniyyət qanunvericilikdə daha konkret adla ifadə ediləcək.

Qeyd edək ki. Məzuniyyətin adından “qismən ödənişli” sözlərinin çıxarılması uşağa qulluğa görə müavinətin ləğv edilməsi anlamına gəlmir. Məzuniyyət hüququ və həmin dövr üçün müavinətin ödənilməsi ayrı-ayrı hüquqi normalarla tənzimlənir.

Bəs uşağa qulluğa görə müavinətin məbləği artırılacaq?

Əmək qanunvericiliyində nəzərdə tutulan yeniliklərlə yanaşı, uşağa qulluğa görə ödənilən müavinətin məbləğinin artırılması da gözlənilir. Qeyd etdiyimiz kimi, hazırda uşağın bir yaş yarımınadək olan dövrü üçün aylıq 44 manat, bir yaş yarımından üç yaşınadək olan dövrü üçün isə 28 manat müavinət müəyyən edilib.

Təklif edilən dəyişikliklər çərçivəsində uşağa qulluğa görə sosial məzuniyyət hüququndan istifadə ilə bağlı müəyyən tələblərin təkmilləşdirilməsi də nəzərdə tutulur. Məqsədlərdən biri bu məzuniyyət hüququndan təyinatına uyğun istifadə olunmasının təmin edilməsi və mümkün sui-istifadə hallarının qarşısının alınmasıdır.

MKS.az olaraq uşağa qulluğa görə sosial məzuniyyətin tətbiqi, müavinətin məbləğinin artırılması və məzuniyyətdən istifadə ilə bağlı gözlənilən digər dəyişiklikləri növbəti yazılarımızda, həmçinin 12 noyabr 2026-cı il tarixində keçiriləcək “Əmək Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda onlayn tematik təlimdə praktik misallarla ətraflı izah edəcəyik.

ƏMƏK MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktiki misallarla tematik təlim!

Təlimdə müzakirə ediləcək əsas mövzular:

  • Saatlıq əməkhaqqının hesablanması və tətbiqi;
  • İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi;
  • Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi;
  • Əməkhaqqı ödənişlərinin elektronlaşdırılması;
  • Digər mühüm dəyişikliklərin praktiki misallarla izahı.

Tarix: 12 noyabr 2026-cı il

Saat: 19:00–21:00

Format: Onlayn (ZOOM)

XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə edən və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza endirim tətbiq olunur.

DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!

Qeydiyyat və ətraflı məlumat: 050 368-12-72 / 055 368-12-72 (WhatsApp)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər