ƏLA TƏKLİF! Kiçik sahibkarlar üçün 25 faiz məbləğində güzəşt olacaq (6-cı yazı)
MKS Academy tərəfindən 19 noyabr 2026-cı il tarixində saat 19:00-da onlayn formatda keçiriləcək “Vergi Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda tematik təlimdə təklif edilən bütün dəyişikliklər praktik misallar əsasında ətraflı izah olunacaq. Təlimdə iştirak etmək istəyən şəxslər 050 368-12-72 və ya 055 368-12-72 (WhatsApp vasitəsilə də) telefon nömrələri, yaxud mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
1 yanvar 2027-ci il tarixindən Vergi Məcəlləsində qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib. MKS.az olaraq, hər il olduğu kimi, bu dəfə də təklif edilən dəyişikliklərin geniş izahını və praktik misallarla şərhini oxucularımıza təqdim edəcəyik.
Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
Vergi Məcəlləsinə əlavə edilməsi təklif olunan 102.1.30-2-ci maddəyə əsasən, müəyyən şərtlərə cavab verən fərdi sahibkarların təqvim ili ərzində sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərinin 25 faizinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, güzəştdən istifadə etmək üçün fərdi sahibkar aşağıdakı şərtlərə cavab verməlidir:
Birinci şərt: Fərdi sahibkar ardıcıl iki təqvim ili ərzində kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərməlidir.
İkinci şərt: Güzəştin tətbiq edildiyi hesabat ilindən əvvəlki hesabat ilinin sonuna vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcu olmamalıdır.
Üçüncü şərt: Güzəştin tətbiq edildiyi hesabat ili üzrə dövriyyəsi əvvəlki hesabat ilinin dövriyyəsi ilə müqayisədə 30 faizdən çox azalmamalıdır.
Qeyd edək ki, güzəştin tətbiqi üçün sadalanan hər üç şərtin eyni zamanda yerinə yetirilməsi tələb olunur.
Dəyişikliyi misalla izah edək.
Misal. Fərdi sahibkar 2025 və 2026-cı illərdə ardıcıl olaraq kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərib. Onun 2026-cı il üzrə dövriyyəsi 200 000 manat təşkil edib. Həmçinin 31 dekabr 2026-cı il tarixinə vergilər və məcburi sığorta haqları üzrə borcu olmayıb.
Fərz edək ki, fərdi sahibkarın 2027-ci il üzrə dövriyyəsi 160 000 manat, sahibkarlıq fəaliyyətindən əldə etdiyi vergitutulan gəliri isə 40 000 manat təşkil edir.
Bu halda fərdi sahibkarın 2027-ci il üzrə dövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz azalıb: (200 000 – 160 000) / 200 000 × 100 = 20 faiz.
Dövriyyənin azalması 30 faizdən çox olmadığına və digər şərtlər də yerinə yetirildiyinə görə fərdi sahibkarın 25 faizlik güzəştdən istifadə etmək hüququ yaranacaq.
Beləliklə, fərdi sahibkarın 40 000 manat məbləğində vergitutulan gəlirinin 25 faizi, yəni 10 000 manatı gəlir vergisindən azad ediləcək.
Güzəşt tətbiq edilmədən hesablanan gəlir vergisi: 40 000 × 20 faiz = 8 000 manat.
Güzəşt tətbiq edildikdən sonra hesablanan gəlir vergisi: (40 000 – 10 000) × 20 faiz = 6 000 manat.
Göründüyü kimi, təklif edilən dəyişiklik nəticəsində fərdi sahibkarın hesablanan gəlir vergisi 2 000 manat azalacaq.
Qanun layihəsində güzəştin tətbiq edilməməsi ilə bağlı əlavə məhdudiyyət də nəzərdə tutulur.
MKS.az olaraq, Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklər barədə növbəti yazılarımızda, həmçinin 19 noyabr 2026-cı il tarixində keçiriləcək “Vergi Məcəlləsində son dəyişikliklər: A-dan Z-yə” mövzusunda onlayn tematik təlimdə praktik misallarla ətraflı məlumat verəcəyik.
VERGİ MƏCƏLLƏSİNDƏ TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR: A-DAN Z-YƏ
Praktik misallarla tematik təlim!
Tarix: 19 noyabr 2026-cı il
Saat: 19:00–21:00
Format: Onlayn (ZOOM)
XÜSUSİ ENDİRİM!
MKS Academy-nin kitablarını əldə etmiş və ya əvvəlki təlimlərimizdə iştirak etmiş daimi tərəfdaşlarımıza xüsusi endirim tətbiq olunur.
DƏRSİN VİDEOYAZISINA DAİMİ GİRİŞ İMKANI!
Qeydiyyat və ətraflı məlumat:
050 368-12-72 / 055 368-12-72 (WhatsApp)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
3. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
4. Əməyin uçotu: A-dan Z-yə - 2026
5. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
2. ƏMAS Platforması: A-dan Z-yə 2026
3. Vergi uçotu: A-dan Z-yə 2026
4. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
5. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın